Avtomobilin rəngi onun daha çox yanacaq işlətməsinə səbəb olur? – ARAŞDIRMA - FOTO

Avtomobil alarkən bir çox insanın diqqət yetirdiyi əsas məqamlar mühərrikin gücü, yanacaq növü və təhlükəsizlik sistemləridir.
Avtosfer.az xəbər verir ki, çox vaxt diqqətdən qaçan vacib detallardan biri də avtomobilin rəngidir. Mütəxəssislər bildirir ki, avtomobilin rəngi təkcə estetik baxımdan deyil, həm də yanacaq sərfiyyatına təsiri baxımından əhəmiyyət daşıyır.
Tünd, yoxsa açıq rəng? Cavab yalnız zövqə bağlı deyil.
Bir çox sürücü avtomobilin rəngi ilə yanacaq sərfiyyatı arasında bir əlaqə olduğunu düşünmür. Lakin aparılan araşdırmalar göstərir ki, bu iki faktor arasında dolayı, lakin mühüm bir əlaqə mövcuddur.
Məsələ ondadır ki, günəş şüaları tünd rəngli avtomobilləri daha çox qızdırır. Bu da avtomobilin salonunda temperaturun artmasına səbəb olur və sürücü məcburən kondisionerdən istifadə etməyə məcbur qalır. Kondisionerin uzun müddət və intensiv istifadəsi isə mühərrikin daha çox güc sərf etməsinə, nəticədə isə yanacaq sərfiyyatının artmasına gətirib çıxarır.

Açıq rəngli avtomobillər daha az qızır. Tədqiqatlara əsasən, ağ, gümüşü və digər açıq rəngli avtomobillər tünd rənglilərə nisbətən günəş işığını daha çox əks etdirir və daha az qızır. Bu da daxili temperaturun aşağı olmasını təmin edir və kondisionerdən istifadəyə ehtiyacı azaldır. Beləliklə, açıq rəngli avtomobil həm daha komfortlu, həm də daha az yanacaq sərf edən bir seçimə çevrilir.
Aparılan araşdırmada onu göstəriri ki, fərqli rənglərdə avtomobillər günəş altında saxlanılıb və qara və boz rəngli avtomobillər arasında 25C° fərq qeydə alınıb. Boz rəngli avtomobilin salonu qara rəngli ilə müqayisədə əhəmiyyətli dərəcədə sərin qalıb.
Simulyasiyalarda 1.1% yanacaq fərqi müşahidə olunub. Həyata keçirilən simulyasiyalara əsasən, temperatur fərqi yanacaq sərfiyyatında 1.1%-ə qədər artıma səbəb ola bilir. Bu isə göstərir ki, avtomobilin rəngi uzun müddətli istifadədə real yanacaq qənaətinə təsir edə bilər.

Hansı rəng daha qənaətcildir? Əgər yanacağa qənaət etmək sizin üçün vacibdirsə, avtomobilin rəngini də nəzərə almalısınız. Tədqiqatlar rənglərin yanacaq sərfiyyatına təsirinə görə aşağıdakı sıralamanı təklif edir: Ağ, boz, sarı, qırmızı, mavi, yaşıl, bənövşəyi, qəhvəyi, qara.
Nəticə olaraq, avtomobil rəngində edəcəyiniz kiçik bir seçim belə, uzun müddətli istifadədə ciddi fərq yarada bilər. Bu səbəbdən, növbəti dəfə avtomobil alarkən rəngi təkcə vizual zövq yox, həm də iqtisadi səmərəlilik baxımından dəyərləndirməyə dəyər.
Eltac Zülfüqaroğlu
Sürücülərin təhlükəli vərdişi: Zolaq dəyişmək niyə risklidir? – VİDEO
"Anti cib" modeli dayanacaqlarda təhlükəsizliyi artıracaq? - İZAH
Yol kənarında dayanan piyadalar niyə sürücülər üçün risk yaradır? – VİDEO
Qaraj alanda aldanmamaq üçün bu yazını oxuyun! - FOTOLAR
Bakıda bu ərazilərdə yeni dayanacaq pavilyonları quraşdırıldı – FOTOLAR
Bu məntəqələrin yanından keçərkən sürəti azaldın – Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Yayda avtomobili tez soyutmağın sadə üsulu – MÜTƏXƏSSİS AÇIQLADI
Tıxac niyə azalmaq əvəzinə artır? – Ekspert səbəblərini AÇIQLADI
Bir neçə zolağın eyni anda dəyişdirilməsi qəza riskini artırır – MÜTƏXƏSSİS – VİDEO
Gələcəyin nəqliyyat mühəndisi təkcə layihə çəkməyi bacarmamalıdır - EKSPERT
Yol kənarındakı bu maneələr qəza riskini artırır – MÜTƏXƏSSİS - VİDEO










