Azərbaycandan Rusiyaya necə getmək olar? - Mümkün variantlar

Azərbaycan Hava Yolları və Buta Airways mart ayının –dən etibarən Rusiyaya bütün uçuşları dayandırıblar. Hazırda Rusiya ilə Azərbaycan arasında hava əlaqəsini yalnız Rusiya aviaşirkətləri təmin edir. İki ölkə arasında quru sərhədlər hələ də bağlı olduğu üçün bütün güc elə hava yoluna düşür. Hazırda Rusiyanın Moskva, Mineralnıe Vodı, Surqut, Tümen, Soçi, Novosibirsk şəhərlərindən Azərbaycana birbaşa reyslər var. Həmişə olduğu kimi ən çox reyslər Moskva şəhərinin aeroportlarındandır. Beləliklə aviaşirkətləri və uçduqları istiqaməti əlavə edirik.
İraero:
- Moskva (Domodedova)-Bakı-Moskva
- Novosibirsk-Bakı-Novosibirsk
- Moskva (Domodedova)-Lənkəran-Moskva
Utair:
- Moskva (Vnukovo)-Bakı-Moskva
- Tümen-Bakı-Tümen
- Surqut-Bakı- Surqut
- Moskva (Vnukovo)-Gəncə-Moskva
- Moskva (Vnukovo)-Naxçıvan-Moskva
Azimuth Airlines:
- Mineralnıe Vodı-Bakı- Mineralnıe Vodı
- Soçi-Bakı-Soçi
Rossiya Hava Yolları:
- Moskva (Şeremetyevo)-Bakı-Moskva
May ayı üçün Bakı-Moskva marşrutu ilə ən ucuz bileti 627 manata Utair təklif edir. Bu bilet mayın sonu üçün nəzərdə tutulub. Daha yaxın tarixlərdə Moskvaya getmək istəsəniz 1500 manata kimi xərcləməli olacaqsınız. Biletlərin belə baha olmağına səbəb tələbatın həcminə uyğun təklifin verilməməsidir. Nəticədə qiymətlər azı 5-6 dəfə qalxıb. Birbaşa uçuşlara alternativ kimi Belavia ilə Minsk üzərindən, THY ilə isə İstanbul üzərindən uça bilərsiniz. Bu zaman da qiymətlər 450 dollardan başlayacaq.
AviaTravel
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT














