Bakı metrosunda sıxlığın qarşısı belə alınacaq

Yeni tədris ilinin başlanması, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq Bakı metrosunun bütün stansiyalarında sərnişin axınının nəzərə çarpacaq dərəcədə artması proqnozlaşdırılır ki, bu da maksimum hərəkət ölçüləri - saatda 30 cüt qatar hərəkət qrafikinin istifadə olunması zərurətini doğurur.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a “Bakl Metropoliteni” QCS-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, bunları nəzərə alaraq sərnişindaşıma qabiliyyətini artırmaq, sərnişinlərə xidmət səviyyəsini yüksəltmək, hərəkət tərkiblərindən daha da səmərəli istifadə etmək məqsədilə sentyabrın 15-dən Bakı metrosu qış qrafikinə keçir. Beləliklə qatarların sayı artırılmaqla qatarlararası intervalı da azaldılır. Belə ki, Həzi Aslanov - 28 may stansiyaları arasında hərəkət intervalı 2 - 2.5 dəqiqə (pik və qeyri-pik saatlarda) olacaq. 28 may - Dərnəgül və 28 may - İçərişəhər stansiyaları arasında isə maksimum interval müvafiq olaraq 4-5 dəqiqə olacaq. Qeyd edək ki, iyul ayından Bakı metrosunda "yay qrafiki" tətbiq edilirdi. Belə ki, xətlərdə saatda 24 cüt qatar tərkibi hərəkət edirdi və qatarlararası interval artırılmışdı.
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO












