Bayrama görə rayonlara gedənlərin nəzərinə: Bu qaydalara əməl etməsəniz… - ƏHALİYƏ XƏBƏRDARLIQ - VİDEO

Sabah ölkə ərazisində Qurban bayramının qeyd olunması ilə əlaqədar Daxili İşlər Nazirliyi vətəndaşalra müraciət edib. Müraciətdə bildirilir ki, Qurban bayramı və tətil günləri ilə əlaqədar olaraq paytaxtdan bölgələrə səfər edən vətəndaşların sayında artım gözlənilir. Bu səbəbdən həm şəhərdaxili, həm də respublika yollarında nəqliyyat sıxlığının yaranması və qəza riskinin artması ehtimal olunur və sürücülərin bu səyahətlər zamanı yol hərəkəti qaydalarına əməl etməsi onların təhlükəsizliyi üçün çox vacibdir.
Avtosfer.az xəbər verir ki, daha əvvəl bayram günlərində ölkə üzrə bir neçə günlük tətil şəraiti yaradıldığı zaman yollarda dəhşətli qəzaların şahidi oluruq.
Mövzunu saytımızın sosial şəbəkə hesablarında da canlı yayımda şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, bayram ərəfəsində, yəni dünən Qazax rayonunda 4 gəncin həlak olması ilə nəticələnən ağır qəzanın şahidi olduq:
“Təhlükəsiz səyahətlər üçün Daxili İşlər Nazirliyinin müraciətində qeyd edilən tövsiyyələrə əməl etmək lazımdır. Səhər saatlarında yola çıxmaq daha uyğundur. Avtomobildə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə edin, nəqliyyat vasitəsinin texniki sazlığını öncədən yoxlayın, nəqliyyat vasitəsi istehsalçısı tərəfindən müəyyən edilmiş saydan artıq uşaqlar da daxil olmaqla sərnişin daşımayın, sürət həddini aşmayın, ötmə manevrlərini yalnız qaydalara uyğun şəkildə həyata keçirin. Sərt döngələrdə, görünmə şəraiti məhdud ərazilərdə diqqətli olmalıyıq. Sərxoş və ya yorğun vəziyyətdə sükan arxasına əyləşməyin. Hava şəraitini də mütləq şəkildə nəzərdə saxlamalıyıq. Küləkli və yağışlı havalarda sürəti bu şəraitə uyğun seçməliyik. Nə qədər bu qaydalara riayət etsək, o qədər də mənzil başına rahat və təhlükəsiz şəkildə çatmağımız təmin olunar”.
Səfər
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












