Bu işıqları "Niva" və "07"-yə quraşdıran sürücülərin diqqətinə - CƏRİMƏSİ VAR

Son zamanlar “VAZ” markalı avtomobillərin sürücüləri işıq cihazlarına müəyyən dəyişikliklər edirlər. Etdikləri dəyişiklik isə sonradan hüquqi problemlər yaradır. Bir neçə sürücü Avtosfer.az-ın qaynar xəttinə müraciət edərək həmin işıq cihazlarına görə cərimələndiklərini bildirirlər.
Bu işıq cihazlarından istifadə etməklə bağlı qanun nə deyir?
“Yol hərəkəti haqqında” qanunun 1 saylı əlavəsinin III hissəsində qeyd olunub ki, yalnız istehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Bu o deməkdir ki, nəqliyyat vasitəsinin işıq cihazları istehsal edilmirsə, o zaman başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Lakin həm “VAZ-2107” markalı avtomobilin, həm də “Niva”-nın xarici işıq cihazları hələ də istehsal edilir. Ona görə də avtomobil sahibləri yalnız istehsalçı zavodun müəyyən etdiyi işıq cihazlarından istifadə etməlidir.
Qeyd edək ki, sonradan hazırlanmış işıq cihazlarının forması və ölçüsü “VAZ” markasının istehsal etdiyi işıq cihazlarına bənzəsə də, bundan istifadə etmək qanunun tələblərinin pozulması ilə nəticələnəckdir.
Fərid
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












