Bu maşınları hər yerdə cərimələyirlər - Qanunda buna icazə varmı? - VİDEO

Son zamanlar sürücülər avtomobillərini idarə etmədikləri halda texniki baxışa görə cərimələndiklərini bildirirlər.
Avtosfer.az xəbər verir ki, daha iki sürücü belə bir məsələ ilə üzləşdiyi üçün Avtosfer.az-ın qaynar xəttinə müraciət ediblər. Nicat Vəliməmmədov adlı sürücü bildirir ki, ona məxsus olan 99-KD-080 qeydiyyat nişanlı avtomobil 2 aydan artıqdır servisdə təmirdədir. Lakin texniki baxışın bitməsinə görə barəsində cərimə tətbiq edilib: “Avtomobilim 2 aydır ki, servisdədir, yəni sürülmür. Yol polisi əməkdaşı servisə daxil olaraq texniki baxışı bitmiş avtomobillərə cərimə yazıb. Onlardan biri də mənim maşınım olub. Polisin ediyi bu hərəkətin qeyri-qanuni olduğunu hesab edirəm. Çünki maşın sürülmür, nasazdır” – deyə sürücü bildirib.
Digər sürücü Səbuhi Bağırov da eyni məsələ ilə bağlı şikayətini bildirib: “Mənə məxsus olan 99-FS-385 qeydiyyat nişanlı avtomobil 3 ildir ki, Qəbələ dairəsinin yanındakı duracaqda qalıb. Avtomobil sürülmədiyi halda barəmdə qanunsuz olaraq protokol tərtib edilib. Həmin maddədə qeyd olunub ki, “texniki baxışdan keçirmədən idarə etməyə görə” cərimə yazılır. Mən avtomobili idarə etmirəmsə cərimə hansı əsasla yazılıb?” – deyə sürücü Səbuhi Bağırov bildirib.
Nurlan Sakitoğlu
Nərmin Əkbər
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












