Bu mexanizm olmasa avtobus idarə etmək çətinləşər – ARAŞDIRMA - FOTO

Texnologiyanın sürətlə inkişaf etməsinə baxmayaraq, bu gün də bir çox avtobusun böyük sükan çarxına sahib olduğunu görmək mümkündür. Bəs görəsən, niyə bu nəqliyyat vasitələrində daha kiçik sükanlar istifadə edilmir?
Avtosfer.az xəbər verir ki, əslində, bu sualın cavabı avtobusların kütləsi, təkər ölçüləri və sükan sistemlərinin texniki xüsusiyyətlərində gizlidir. Avtobuslar və yük maşınları kimi iri nəqliyyat vasitələrinin çəkisi on minlərlə kiloqrama çatır. Belə ağır nəqliyyat vasitəsinin istiqamətini dəyişmək üçün adi minik avtomobilinə nisbətən daha çox fırlanma momenti, yəni tork tələb olunur.
Məhz bu səbəbdən avtobuslarda böyük sükan çarxlarından istifadə edilir. Sükanın ölçüsü nə qədər böyük olarsa, sürücü o qədər az qüvvə ilə manevr edə bilir. Bu, xüsusilə hidravlik və ya elektrik sükan gücləndiricilərin olmadığı köhnə model texnikada daha vacibdir.

Bəzi müasir avtobuslarda daha kiçik sükan çarxları tətbiq olunur. Bunun əsas səbəbi həmin nəqliyyat vasitələrinin artıq hidravlik və ya elektrik sükan gücləndirici ilə təchiz olunmasıdır. Bu texnologiyalar sürücünün sükanı çevirmək üçün daha az fiziki qüvvə sərf etməsini təmin edir.
Bundan əlavə, avtobusların sükan çarxlarının digər avtomobillərlə müqayisədə daha üfüqi yerləşdirilməsinin də texniki səbəbləri var. Çünki avtobusun təkərləri sürücüyə daha yaxın yerləşdiyindən sükan bağlantısı ilə təkərlər arasında uyğun bucaq tələb olunur. Maili yerləşdirilən sükan çarxı sürücünün həm pedallara rahat çatmasına, həm də sükanı daha effektiv idarə etməsinə şərait yaradır.
Beləliklə, böyük sükan çarxları avtobuslarda sürüşü çətinləşdirmir, əksinə, daha asan və təhlükəsiz idarəetmə imkanı yaradır. Bu xüsusiyyət xüsusilə hidravlik sistemi olmayan iri nəqliyyat vasitələri üçün hələ də əvəzolunmazdır.
Eltac Zülfüqaroğlu
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO
Sükan arxasında instinktə güvənmək təhlükəlidir? – AÇIQLAMA - VİDEO
Şəhərlərdə drenaj sistemləri necə inkişaf etdirilməlidir? - EKSPERT
Sığortası bitən avtomobilə görə hansı halda cərimə yazılmır? – VİDEO
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA












