Bu sürücülər sərxoş tutulduqda birbaşa həbs olunacaq - 2 ilədək

Sürücülərin sərxoş vəziyyətdə avtomobili idarə etməsi ilə bağlı qanunvericilikdə müxtəlif məsuliyyət tədbirləri nəzərdə tutulub. Ən ağır məsuliyyətlərdən biri də avtobus sürücülərinin üzərinə düşür. Avtosfer.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsində qeyd edilib ki, ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan sürücü nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə etməsinə görə -nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Həmçinin həmin məcəllənin 333.5-ci maddəsində qeyd edilib ki, sərxoş vəziyyətdə avtobusu idarə edən sürücü zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
Eyni zamanda 334.4-cü maddədə qeyd edilib ki, ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən belə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə etməsinə görə - bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu əməl bir il ərzində təkrar törədildikdə, yaxud həmin xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulduqda - iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
Fərid
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












