Dairədə bu cür hərəkət etməyin cəriməsi var - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! - VİDEO

Dairəvi hərəkət təşkil edilmiş yolayrıcı ən mürəkkəb yolayrıclarından hesab edilir. Təəssüf ki, sürücülər qaydaları mükəmməl bilmədikləri üçün dairəyə istədikləri kimi daxil olub, istədikləri kimi tərk edirlər və hər zaman da özlərini haqlı sayırlar. Belə sürücülərdən ikisi Avtosfer.az-ın kamerasına düşüb. İyunun 10-da, paytaxtın Mikayıl Müşviq küçəsindəki dairədə hərəkət edən 90-NF-181 qeydiyyat nişanlı "Ford" markalı və 90-GU-074 qeydiyyat nişanlı "VAZ" markalı avtomobillərin sürücüləri dairəni tərk edən zaman manevr qaydasını pozub.
"Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsinə görə, dairəyə istənilən zolaqdan daxil olmaq olar, lakin dairəni yalnız sağ zolaqdan tərk etmək olar. Adi yolayrıclarında bir qayda olaraq sağa dönən sürücü sağ zolaqdan dönməli olduğu kimi, dairəni də tərk edərkən yalnız sağ zolaqdan tərk etmək məcburidir. Qeydə alınmış videoda "VAZ"-ın sürücüsü konkret olaraq qəza şəraiti yaradır, lakin bununla yanaşı səs siqnalı verərək etiraz da edir.
Qeyd edək ki, dairəni sol zolaqla tərk edən sürücü İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilər.
Fərid
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












