Dayanma-durmaya görə 40 manat cərimə hansı hallarda yazıla bilər? - ÖYRƏNƏK
Bəzən sürücülər dayanma-durma qaydalarının pozulamasına görə 20 manat deyil, 40 manat məbləğində cərimə olunduqları barədə şikayət edirlər. Avtosfer.az-a müraciət edən vətəndaşlardan biri yol polisi tərəfindən ona dayanma-durmaya görə 40 manat cərimə tətbiq edildiyini əsas gətirərərk bunun qanunsuz olduğunu bildirib. Araşdırma zamanı məlum olub ki, sürücü avtomobili avtobus dayanacağına yaxın məsafədə park edib.

Avtosfer.az olaraq bununla bağlı oxucularımıza ətraflı məlumat vermək istərdik. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində qeyd olunur ki, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə, sürücülər qırx manat məbləğində cərimə edilir.

Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançası deyildikdə avtobus, trolleybus, tramvay və bu kimi ictimai nəqliyyat vasitələrinin dayanacağı nəzərdə tutulur. Eyni zamanda qanunda göstərilmiş 5.12 və 5.13 nişanı da müvafiq olaraq avtobus və tramvay, trolleybus dayanacaqlarını ifadə edir. Yəni, sürücü dayanacaqda və ona 15 metr məsafədə avtomobili qanunsuz olaraq park edən zaman 20 manat deyil, 40 manat məbləğində cərimə edilir.
Orxan
Qeyd: Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2022-ci il kiçik qrant müsabiqəsi”ndə qalib olmuş “Yol hərəkəti təhlükəsizliyi: hüquqi yardım və maaifləndirmə”layiihəsi çərçivəsində hazırlanıb.
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO












