DYP "birkası" olmayan maşına görə sürücüyə nə edə bilər? - İZAH

Avtomobillərdə modeli, mühərrik, ban, şassi nömrələrini bildirən lövhəciklər (birkalar) olur. Bu lövhəciklər müasir avtomobillərin ayaqaltı hissəsində, sovet maşınlarında isə mühərrik hissəsində yerləşdirilir. Lövhəciyin əsas mahiyyəti ban, şassi, mühərrik və.s nömrələrinin bir yerdə yazılmasından ibarətdir.
Sürücülər redaksiyamızın qaynar xəttinə çoxsaylı şikayətlər ünvanlayaraq bildirirlər ki, məlumatlar lövhəciyi olmayan avtomobilləri qeydiyyata qoyarkən (addan-ada keçirərkən) Dövlət Yol Polisi İdarəsi qeydiyyatdan imtina edir.
Lövhəciyin (birkanın) olmaması qeydiyyatdan imtinaya əsasdırmı?
Avtosfer.az xəbər verir ki, lövhəciyin üzərində yazılmış məlumatlar dublikat olduğu üçün, onun olmaması qeydiyyatdan imtina üçün əsas deyil. Ümumiyyətlə lövhəciyin olmaması və ya avtomobilin üzərindən çıxarılması heç bir hüquq pozuntusu yaratmır. Çünki lövhəcikdə olan məlumatlar ayrıca olaraq mühərrikin, banın, şassinin üzərində də yazılır.
Avtomobilin zavod tərəfindən istehsal edildiyi mühərriki sıradan çıxanda, sürücülər bəzən yeni mühərrik alıb qoyurlar. Belə olan halda avtomobilə yeni qoyulmuş mühərrikin nömrəsi əsas götürülür. Bu nömrə ilə məlumat lövhəsindəki (birkadakı) nömrə onsuz da uyğun gəlməyəcək. Mühərrik dəyişdikdən sonra sürücü DYP-yə müraciət edib yeni aldığı mühərrikin nömrəsini qeydiyyat şəhadətnaməsinə əlavə etdirir. Lakin avtomobilin üzərindəki lövhədə köhnə nömrə qalır. Buradan da görünür ki, həmin məlumat lövhəsinin heç bir vacibliyi yoxdur. Mühərrik kimi avtomobilin banı da, şassisi də dəyişdirilə bilər. Yenə olduğu kimi DYP bu əməliyyatı qeydiyyata alacaq, lakin lövhəcikdə olan nömrələr köhnə olaraq qalacaq. Buna görə də lövhəciyin olub-olmaması vacib hesab olunmur və qeydiyyatdan imtinaya əsas deyil.
Leyla
Qeyd: Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2022-ci il kiçik qrant müsabiqəsi”ndə qalib olmuş “Yol hərəkəti təhlükəsizliyi: hüquqi yardım və maaifləndirmə”layiihəsi çərçivəsində hazırlanıb.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












