Elektromobillərin ənənəvi avtomobillərdən hansı ekoloji üstünlükləri var? – AÇIQLAMA - FOTO

Müasir dövrdə urbanizasiyanın və sənayeləşmənin sürətlənməsi, nəqliyyat vasitələrinin sayının artması ilə birbaşa əlaqəli olaraq ətraf mühitə olan təzyiqlər də güclənmişdir. Bu vəziyyət, xüsusilə iri şəhərlərdə hava çirkliliyinin artmasına, istixana qazlarının yüksəlməsinə və insan sağlamlığına təsir edən ekoloji problemlərə səbəb olur. Bu problemlərin həllində alternativ enerji mənbələri ilə işləyən nəqliyyat vasitələrinin, o cümlədən elektrik avtomobillərinin rolu getdikcə daha da önəm qazanır.
Elektrik avtomobilləri yalnız ətraf mühitə daha az zərər verməklə kifayətlənmir, həm də enerji effektivliyi, səssiz işləmə və texnoloji üstünlükləri ilə də seçilir.
Elektrik mühərrikli avtomobillərin dövriyyəyə gətirilməsinin, istehsalının artırılmasının və istifadəsinin genişləndirilməsinin əsas məqsədi atmosferə buraxılan zərərli qazların miqdarını azaltmaqdır. Burada zərərli qazlar dedikdə karbon qazı və azot oksidləri kimi emissiyalar nəzərdə tutulur.
Bəs elektrik avtomobillərinin müasir cəmiyyətdəki rolu nədir və ekoloji təmiz nəqliyyat vasitələrinin genişlənməsi gələcəyimizə necə təsir edəcək?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Avtosfer.az-a açıqlamasında bildirib ki, elektrik mühərrikli avtomobillərin dövriyyəyə gətirilməsinin, istehsalının artırılmasının və istifadəsinin genişləndirilməsinin əsas məqsədi atmosferə buraxılan zərərli qazların miqdarını azaltmaqdır:

“Xüsusilə burada zərərli qazlar dedikdə karbon qazı və azot oksidləri kimi emissiyalar nəzərdə tutulur.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, elektromobillərin əsas hissəsi olan akkumulyatorlar müəyyən müddət istifadə edildikdən sonra sıradan çıxır. Gələcəkdə Bakı da daxil olmaqla ölkə üzrə bu akkumulyatorların utilizasiyası məsələsi aktuallaşa bilər. Ona görə də cəmiyyət olaraq biz bu prosesə hazır olmalıyıq və bu sahədə atılacaq addımlar planlı şəkildə həyata keçirilməlidir.

Elektromobillərin iki əsas üstün cəhəti var: birincisi, ekoloji üstünlükdür. Yəni, bu avtomobillər atmosferə zərərli qazların buraxılmasını minimuma endirir.
İkincisi isə yanacaq xərclərinin olmamasıdır. Burada yanacaq dedikdə əsasən benzin və dizel kimi fosil yanacaqlar nəzərdə tutulur”.
Eltac Zülfüqaroğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












