Elməddin Muradlı tələbələrlə görüşüb yol hərəkəti qaydalarından danışdı - VİDEO - FOTO

Bu gün Avtosfer.az saytının rəhbəri, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı 18 saylı Bakı Peşə Liseyinin təşəbbüsü ilə təhsil ocağında tələbələrlə görüş keçirib. Görüşdə çıxış edən Elməddin Muradlı sürücü, piyada və sərnişinlərin qanunla müəyyən edilmiş hüquq və vəzifələrindən danışıb. Qeyd edib ki, “Yol hərəkəti haqqında” qanunla hər bir hərəkət iştirakçısının hüquq və vəzifələri var və bunları bilib əməl etmək olduqca vacibdir.
Xüsusən piyadaların avtomobillə vurulması hallarının artmasından danışan ekspert bildirib ki, respublika üzrə ölümlə nəticələnən qəzaların 60 faizdən çoxu, Bakıda isə 50 faizə qədəri piyadavurmaların payına düşür: “Keçidlərdən düzgün istifadə etmək lazımdır. Yolu qaçaraq keçmək olmaz. Siz gənclər cəmiyyətimiz yaxşı nümunə ola bilərsiniz. Özünüz də öyrənin, başqalarına da öyrədin, tələb edin. Bizim ümidimiz gələcək nəsillərədir, xüsusən indiki gənclər cəmiyyətdə böyük dəyişikliklərə səbəb ola bilər”.
Elməddin Muradlı qeyd edib ki, yol hərəkəti təhlükəsizliyini təmin etmək üçün hər kəs öz üzərinə düşün məsuliyyəti dərk etməlidir: “Pafosdan, böyük sözlərdən uzaq durmalıyıq. Real işlər görməliyik. Hər bir insan başa düşməlidir ki, maşına əyləşən kimi kəməri bağlamaq lazımdır. Bunu başqalarından da tələb etməliyik. Nəzərə almaq lazımdır ki, qəza baş verdikdə kəməri taxmayan sərnişin xəsarət alsa, buna görə sürücü məsuliyyətə cəlb olunacaq. Ona görə də, gəlin bir-birimiz problem yaratmayaq, əksinə, dəstək olaq, qaydalara əməl edək”.
Görüşün sonunda tələbələr tərəfindən ünvanlanan suallar cavablandırılıb.
Nəzrin
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO































