Gecə vaxtı radara düşən sürücülər bu cür cəriməni ödəməldirmi? – QANUN BELƏ DEYİR

Günün qaranlıq saatlarında radara düşən bəzi sürücülər protokola əlavə edilmiş fotodan narazı olurlar. Bir neçə sürücü bu barədə redaksiyamıza şikayət ünvanlayaraq protokolun qanunsuz olduğunu bildirirlər. Onlar gecə vaxtı radarın sürücünü çəkməməsini səbəb kimi göstərirlər.
Qanunvericiliyə görə belə hallarda protokol ləğv edilməlidirmi?
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə, sükan arxasında olan sürücünün fotoda əks olunması nəzərdə tutulmayıb. Sürücünün fotoda əks olunması yalnız təhlükəsizlik kəmərindən istifadə etmədiyi hallarda nəzərdə tutulub. Çünki təhlükəsizlik kəmərindən istifadə edilməməsi sübuta yetirilməlidir. Sürət həddinin aşılmasına görə isə tərtib edilmiş protokolda bu vacib hesab edilmir. Lakin avtomobilin qeydiyyat nişanının fotoda əks olunması hər bir halda vacibdir. Əgər qeydiyyat nişanı aydın şəkildə görünürsə sürücünün törətdiyi xəta sübuta yetirilmiş hesab edilir. Bu protokolu mübahsiələndirən sürücü heç bir nəticə əldə edə bilməyəcək, əksinə əlavə vaxt itkisinə səbəb olacaq.
Elmin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












