Hansı halda “texpasporta” “müvəqqəti” sözü yazıla bilər - İZAH

Son zamanlar sürücülər Avtosfer.az-ın qaynar xəttinə müraciət edərək bildirirlər ki, xarici ölkədən avtomobil gətirib Dövlət Yol Polisi İdarəsində ilkin qeydiyyata aldırarkən, qeydiyyat şəhadətnaməsinə “müvəqqəti” sözü yazılır. Qeydiyyat şəhadətnaməsində bu söz yazılmış avtomobili isə digər şəxsin adına keçirilməsinə icazə verilmir. Sürücülər bunun nə dərəcədə doğru olduğunu soruşurlar.
Qeyd edək ki, avtomobilin qeydiyyat şəhadətnaməsində “müvəqqəti” sözünün yazılması qanunda nəzərdə tutulub. Lakin qeyd edilən bu söz ilkin qeydiyyata alınmış bütün avtomobillərə şamil edilə bilməz. Ümumiyyətlə “müvəqqəti” sözünün nəyə görə yazıldığını izah edək. Sənədlərində bu söz yazılmış avtomobilin özgəninkiləşdirilməsi (digər şəxslərə satılması) qadağan edilir və 3 ay ərzində İnterpol vasitəsilə nəqliyyat vasitəsinin oğurluq olub-olmaması yoxlanılır. Amma ölkəyə gətirilmiş bütün avtomobillərə şamil edilməsi ona görə nəzərdə tutulmayıb ki, xarici ölkədən alınan avtomobil oradan rəsmi şəkildə qeydiyyatdan çıxarılır və ona rəsmi qaydada tranzit nömrə verilir. Əgər avtomobil oğurluq olsa xarici ölkənin qeydiyyat orqanı avtomobili qeydiyyatdan çıxarmaz və ona heç bir halda tranzit nömrə verməz. Onlar tranzit nömrə verərkən avtomobilin oğurluq olub-olmamasını, cinayətdə iştirak edib-etməməsini hər bir halda yoxlayırlar. Necə ki, bizim ölkədə kimsə digər şəxsə maşın satan zaman Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsində və şöbələrində sistem vasitəsilə bunu yoxladıqları kimi, xarici ölkənin qeydiyyat orqanları da bu məlumatları yoxlayıb qeydiyyat əməliyyatlarını həyata keçirirlər.
Bəs “müvəqqəti” sözü hansı halda yazıla bilər?
Bir şəxs xarici ölkədə sürdüyü maşını qeydiyyatdan çıxarmayaraq həmin ölkənin nömrəsi ilə Azərbaycana gətirir və burada sürür. Sonradan fikrini dəyişib Azərbaycanda qeydiyyata qoymaq istəyərkən, həmin avtomobili qeydiyyata alırlar və qeydiyyat şəhadətnaməsinə “müvəqqəti” sözü yazırlar. Bundan sonra isə İnterpol vasitəsilə həmin avtomobilin oğurluq olub-olmamsı, cinayətdə iştirak edib-etməməsi və ya üzərində hər hansısa bir axtarışın olub-olmaması araşdırılır.
Elməddin Muradlı
Qəza anında instinktiv sükan hərəkəti niyə təhlükəlidir? – Mütəxəssis AÇIQLADI – VİDEO
Körpü və tunellərdə qəza riskini necə azaltmaq olar? – Mütəxəssis AÇIQLADI - VİDEO
Piyada qəfil yola çıxarsa sürücü nə etməlidir? – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO
Avtomobildə telefonu simsiz şarj edərkən buna diqqət edin – XƏBƏRDARLIQ
Sürücülərin diqqət etmədiyi təhlükə: Avtobusla piyadaların arasında qalmaq – VİDEO
Sürücülər qəzalardan yayınmaq üçün nəyə hazır olmalıdır? – Mütəxəssis AÇIQLADI – VİDEO
Sürücünün düşüncə tərzi qəzaya səbəb ola bilərmi? – Mütəxəssis AÇIQLADI - VİDEO
Sürücülərin bu səhvləri avtomatik sürətlər qutusunu sıradan çıxarır - ARAŞDIRMA
Sürücülərin çoxu bu səhvi edir: İsti havada avtomobili necə düzgün soyutmaq olar?
"Dayanma" ilə "durma"nın fərqi nədir? – Mütəxəssisdən İZAH – VİDEO










