“Instagram”da hesabı bərpa etmək asanlaşıb – İnstruksiya

“Instagram” hesabların bərpası üçün vahid səhifə yaradıb. Belə ki, istifadəçilər hesabları “hack” edilibsə və ya bloklanıbsa, parol unudulubsa və ya başqa problemlər yaranıbsa, səhifələrinə girişi bərpa etmək üçün sosial şəbəkənin yaratdığı habdan yararlana bilərlər. Bunun üçün Instagram.com/hacked ünvanına keçid edərək, təqdim olunan instruksiyaları yerinə yetirmək tələb olunur, TED.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Xatırladaq ki, 2022-ci il fevral ayından etibarən “Instagram” istifadəçilərə dostlarından şəxsiyyətlərini təsdiqləmələrini xahiş edərək hesaba girişi tez bir zamanda bərpa etməyə imkan verən funksiyanı sınaqdan keçirir. Bu funksiya artıq bütün istifadəçilər üçün əlçatandır. Bunun üçün “Instagram”da iki dost seçmək lazımdır.
“The Verge” yazır ki, hesaba girişin bərpası aktual problemdir. İstifadəçilər sosial şəbəkənin bu kimi hallara ləng reaksiya verməsindən şikayət edirlər.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT













