İkinci əl avtomobil alarkən bunlara mütləq diqqət edin!

Azərbaycanda ikinci əl avtomobil bazarı daha aktiv inkişaf edir. İnsanlar təzə maşından çox ikinci əl avtomobillərə üstünlük verirlər. Bəs ikinci əl avtomobil alar zaman diqqət yetirmək lazımdır?”
Avtosfer.az oxucuların diqqətinə bəzi zəruri qeydləri çatdırır:
Eskpertlər hesab edir ki, avtomobilin tarixçəsini bilmək zəruridir. Maşın haradan alınıb, neçə sahibi olub, hansı qəzalar və ya təmirlərdən keçib. Bəs bunu necə öyrənməli?
Əgər avtomobil Azərbaycandakı dilerdən alınıbsa, siz dilerdən onun tarixçəsini götürə bilərsiniz. Əgər maşını bazardan alırsınızsa bu artıq satan adamın insafına qalıb. Lakin hər bir halda maşının kilometr göstəricisi çox söz deyir.
Amerikadan gətirilən avtomobillər haqqında məlumatı daha rahat əldə etmək olur. Avtomobilin ban nömrəsini xüsusi avtomobil sisteminə daxil etməklə bütün məlumatları toplaya bilərsiniz. Sistem vasitəsilə əldə edəndə sığorta ödənişlərə baxın. Bu sizə avtomobilin hansı təmirdən keçdiyi barədə məlymat verəcək.
Bəzən elə hallar ola bilər ki, avtomobil heç bir yerdə qeydiyyatdan keçməyib. Bu zaman ustalara müraciət edib, avtomobilin vəziyyəti haqqında məlumat almaq olar.
Tövsiyələrdən biri budur ki, avtomobili tanıdığınız adamdan və ya etibar etdiyiniz yerdən alın və müəyyən zəmanətlər götürün. Mütləq məlumat alın: avtomobil yağı yeyir, yoxsa yox? Yüksək sürətlə hərəkət edəndə özünü necə aparır?
Bütün bunları etdikdən sonra tam əminliklə maşın ala bilərsiniz.
Yunis
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












