Keçiddən keçməyən piyadalar üçün cərimə 200 manat olarsa…

Statistik göstəricilərə görə, il ərzində baş vermis yol-nəqliyyat hadisələri zamanı ölən və xəsarət alanların 50 faizə qədəri piyadavurmaların payına düşür. Qanunvericiliyə əsasən piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə, eyni zamanda yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına görə iyirmi manat məbləğində cərimə tətbiq edilir. Lakin hərəkət sürətinin həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yolda piyadanın yolun hərəkət hissəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsinə görə qırx manat məbləğində cərimə tətbiq olunur. Bəs görəsən bu cərimələr piyadavurmaların qarşısını alırmı?
Təəssüflər olsun ki, bəzən piyadalar “tələsirəm cəriməmi yaz” deyərək məsuliyyətdən yayınırlar. Həmçinin özlərini hansı təhlükəyə atdıqlarının fərqində deyillər. Təbii ki, 20 manat cərimə məbləği o qədər də böyük deyil. Amma bu qayda pozuntusuna görə cərimə məbləği 200 manat olsa necə olar? Bu zaman da piyadalar məsuliyyətsizlik edərmi? Düşünürəm ki, 200 manat cərimə kifayət qədər ciddi məbləğdir ki, piyadanı yolu keçməzdən qabaq düşünməyə vadar edə bilər.
Orxan Əli
Avtosfer.az-ın redaktoru
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO












