Maşına benzin vurarkən ehtiyatlı olun — Polisdən tövsiyə

Bakıda maşının çənini benzinlə dolduran sürücü yanacaqdoldurma məntəqəsinin (YDM) əməkdaşına saxta 100 manatlıq əskinas verib. Avtosfer.az-ın məlumatına görə, bu barədə Sputnik Azərbaycan-a Bakının Qaradağ rayonunun Polis İdarəsindən məlumat verilib. Belə ki, fevralın 27-i saat 23:00-da Lökbatan qəsəbəsində yerləşən yanacaqdoldurma stansiyasının ərazisinə 99 NF 894 dövlət nömrə nişanlı Changan markalı avtomobil daxil olub. YDM-in operatoru maşının çənini benzinlə doldurandan sonra, sürücü ona 100 manatlıq əskinas verərək ərazini tərk edib. Əskinasın saxta olduğunu növbə rəisi, Abşeron rayon sakini Alastan Nəbiyev müəyyənləşdirib. O, baş verən hadisə ilə bağlı polisə məlumat verib.
Hazırda Qaradağ RPŞ-nin 10 saylı polis bölməsinin əməkdaşları sözügedən avtomobilin sahibini müəyyənləşdirməyə və saxta əskinasların hazırlanmasının izinə düşməyə çalışırlar. Polis İdarəsindən verilən məlumata görə, bu ilin əvvəlindən indiyə qədər printerin köməyi ilə çap olunmuş saxta əskinasların yayılması ilə bağlı 10-dan artıq hal qeydə alınıb. Bütün bu hallar əsasən gecə vaxtı YDM-lərin ərazisində müəyyən edilib.
Polis YDM əməkdaşlarına və avtomobillərinə benzin vurduqdan sonra nağd ödəniş edən sürücülərə ödənilən və qalıq olaraq qaytarılan pullara diqqət yetirmələrini tövsiyə edib.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












