Maşında ESP sisteminin həmişə aktiv olması nə üçün vacibdir? - FOTO

Avtomobildə sabitlik, tarazlıq və təhlükəsiz manevr imkanını təmin edən ESP (elektron sabitlik proqramı) sistemi sürüş üçün ən vacib texnoloji yeniliklərdən hesab olunur.
Avtosfer.az xəbər verir ki, bu sistem ilk dəfə 1995-ci ildə “Bosch” mühəndisləri tərəfindən icad edilib və həmin il “Mercedes-Benz S-Class” modellərində tətbiq olunub.
2014-cü ildən isə Avropa İttifaqında satılan bütün avtomobillərdə standart komplektasiyada yer alır.
ESP sistemi sürücünün sükan arxasında etdiyi hərəkətləri və avtomobilin vəziyyətini analiz edir. Əgər balanssızlıq və ya sürüşmə ehtimalı aşkar edilərsə, sistem avtomatik şəkildə müdaxilə edərək nəqliyyat vasitəsinin sabitliyini qoruyur. Bu sistem ABS, ASR və TCS kimi digər təhlükəsizlik texnologiyaları ilə koordinasiyalı şəkildə işləyir. ESP hər təkərin fırlanmasını ayrıca nəzarətdə saxlayır və zəruri hallarda ayrı-ayrı təkərlərə tormozlama tətbiq edərək avtomobilin sürüşməsinin qarşısını alır.
Xüsusilə buzlu, sürüşkən və ya çətin yol şəraitində ESP həyati əhəmiyyət daşıyır. Qəfil maneə, insan və ya heyvanın yola çıxması, kəskin döngələr zamanı avtomobilin idarəetməsinin itirilməsinin qarşısını almaq üçün işləyən sistem qəza riskini ciddi şəkildə azaldır. Statistik məlumatlara görə, təkcə Avropa İttifaqında bu texnologiyanın on minlərlə insanın həyatını xilas edib.
Sistemdə nasazlıq baş verdikdə, avtomobildə yol tutumu zəifləyə və qəza riski arta bilər. Avtomobillərin panelindəki ESP işarəsinin davamlı yanması problemin xəbərçisi sayılır və dərhal texniki baxış tələb olunur. Bundan əlavə, ESP sistemi avtomobilin akkumulyator gərginliyinə də həssasdır, bu səbəbdən enerji təchizatı pozularsa, xəbərdarlıq siqnalı verir.
Xüsusilə ikinci əl avtomobil alarkən bu cür təhlükəsizlik sistemlərinin işlək olub-olmadığını yoxlamaq vacibdir. Mütəxəssislər alıcıları bu sahədə şəffaf və zəmanətli avtomobillərə üstünlük verməyə çağırır. Təhlükəsiz sürüş üçün ESP sisteminin funksionallığına daim nəzarət etmək tövsiyə olunur.
Eltac Zülfüqaroğlu
Məktəb həyəcanı başlayır: Bu şəxslər cərimələnə bilər - DETALLAR
Sürücülərin qəza riskini artıran düşüncə tərzi budur – XƏBƏRDARLIQ - VİDEO
Maşının qapısının açılmasına görə baş verən qəzalarda kim məsuliyyət daşıyır? – AÇIQLAMA
Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO
İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ
Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO
Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Bu nişanı səhv başa düşən sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Sarı torun üzərində dayanmaq olarmı? – AÇIQLAMA – VİDEO










