Maşında gedərkən niyə ürəyimiz bulanır?

Bu bir çox insanın başına gələn bir haldır. Xüsusilə uzaq yolu avtomobillə qət edərkən mədə bulantısı və baş gicəllənməsi hər kəsi narahat edir. Bəs bunun səbəbi nədir?
Avtosfer.az medicina.az-a istinadən bildirir ki, statistik məlumatlara əsasən dünya əhalisinin təxminən 25-30% sözügedən problemdən əziyyət çəkir. Bu hal əsasən maşında,avtobusda, qatarda bəzənsə təyyarədə səyahət edərkən yaranır. Nəqliyyat vasitələrində kitab oxuyarkən, telefona və.s baxarkən daha da şiddətlənir. Bu problemdən əziyyət çəkmə dərəcəsi insandan insana dəyişir. Bildiyimiz kimi bədən tarazlığının saxlanılması üçün gözlər və daxili qulaqdan Mərkəzi Sinir Sisteminə müəyyən siqnallar göndərilir. Məhz bu prosesdə olan uyğunsuzluq nəticəsində Mərkəzi Sinir Sistemi beyinə səhv məlumatlar ötürür. Bir çox insana bu, genetik kodlarla ötürülür. Məsələn anada varsa gələcək övladları da bu problemlə qarşılaşırlar. Bütün bunlarla yanaşı yola çıxmazdan 1 gün əvvəl, uzun səyahətlər zamanı isə 1 həftə əvvəl meditasiya və ya yoqa ilə məşğul olmaq məsləhət bilinir.
Maşınla yol gedərkən sözgedən əlamətlər biruzə verməsin deyə müxtəlif dərman vasitələrindən istifadə olunur. İlkin olaraq çarə kimi görünən bu üsulun təsiri keçən kimi analoji hal davam edir. Halbuki daha sadə üsullarla səyahətimiz daha xoş olar. Səyahətimizin kabusa çevrilməsinin qarşısını almaq üçün bir neçə sadə və hərkəsin edə biləcəyi vasitələr var. ilkin olaraq səyahətdən əvvəl çox yağlı yeməklərdən uzaq durmaq məsləhət görülür. Lakin, tamamilə ac qalmaqda düzgün deyil. Avtomobilin daha stabil, yəni az hərəkətli, yellənməyən oturacaqlarında əyləşin. Qəhvə və duzlu qidalardan, o cümlədən siqaretdən uzaq durun. Bu vasitə də sizin mədə bulantınızın qarşısını alınacaq. Ən sadə üsul isə olduğunuz minik vasitəsinin pəncərəsini endirib hava almağınızdır. Alimlər qeyd edir ki, səyahət zamanı mümkün qədər stabil bir nöqtəyə baxın. Ən optimal üsul isə nanəli saqqızdır.
İşıqforlarda saniyəölçənin yığışdırılması təklif edilir; nəyə təsir edəcək? - ARAŞDIRMA
Ərazisi bəzi Avropa paytaxtlarından böyük olan Bakıda niyə tıxac var? – Rauf Ağamirzəyev - FOTO
Bakıdakı dairələr yollarda hərəkətə təhlükə yaradır? – Mütəxəssis RƏYİ - VİDEO
Sürücülərə XƏBƏRDARLIQ - Maşınınızdakı gizli təhlükəyə diqqət!
Hər bir sürücü həm də piyadadır, yollarda onlar daha diqqətli olmalıdır - EKSPERT - VİDEO
“Zebra”lar piyadalar üçün təhlükəsizliyi tam təmin edirmi? – Ekspertdən AÇIQLAMA
Hansısa manevrlə bağlı qadağanedici nişan yoxdursa, deməli, icazə var – MÜTƏXƏSSİS - VİDEO
Nömrə nişanlarının rəng və hərflərinə görə necə fərqləndiyini bilirdiz? - ARAŞDIRMA
Şəhər mühitində obyektlərə əlçatanlıq mövzusu GÜNDƏM OLDU - FOTO
Şəhərdə piyada üçün yaradılan şəraitə etiraz edənlər sürücülərdir - EKSPERT
Sürücünün alışdığı yanlış vərdişlər siqaret kimidir, tərgitmək çətindir – MÜTƏXƏSSİS - VİDEO










