Maşının bağışlanma müqaviləsi ilə ötürülməsi ödənişsiz ola bilər? – MÜTƏXƏSSİSLƏR AÇIQLADI - VİDEO

Son vaxtlar sosial şəbəkələrdə avtomobilin bir şəxsdən digər şəxsə bağışlama yolu ilə verilməsi zamanı dövlət rüsumlarından azadolma məsələsi ilə bağlı geniş müzakirələr aparılır. Bir çox vətəndaş hesab edir ki, əgər nəqliyyat vasitəsi bağışlama müqaviləsi ilə təqdim olunursa, bu zaman heç bir ödəniş və ya vergi tutulmur. Lakin bu məsələdə müəyyən hüquqi və texniki prosedurlar mövcuddur ki, onların nəzərə alınmaması yanlış fikirlərin yayılmasına səbəb olur.
Mövzu ilə bağlı vəkil Ramil Süleymanov Avtosfer.az-a açıqlamasında bildirib ki, bağışlama müqaviləsi — şəxsin sağ olduğu müddətdə, özü tərəfindən verilmiş bir əşyanın qarşı tərəfə güzəştli şəkildə ötürülməsini və həmin əşya üzərindəki mülkiyyət hüququnun hədiyyə alana keçməsini nəzərdə tutan müqavilədir:

“Bağışlama müqaviləsi Mülki Məcəllənin 32-ci fəslinə uyğun olaraq tənzimlənir və notariat hərəkətləri “Notariat haqqında Təlimat” əsasında həyata keçirilir. Bağışlama müqaviləsində iki tərəf iştirak edir: hədiyyə verən və hədiyyə alan. Notarius tərəfindən, ilk növbədə hər iki şəxsin fəaliyyət qabiliyyəti yoxlanılır. Əgər tərəflərdən biri fəaliyyət qabiliyyətsizdirsə, bu halda onların qanuni nümayəndələri müqavilədə iştirak edirlər. Eyni zamanda, hədiyyə verən şəxs yetkinlik yaşına çatmamışdırsa, onun adından bu hərəkətlər valideyn və ya qəyyum tərəfindən icra olunur”, – deyə vəkil qeyd edib.

Ramil Süleymanovun sözlərinə görə, daşınar əşyaların bağışlanması zamanı xüsusi qaydalar nəzərdə tutulmasa da, daşınmaz əmlakın bağışlanması zamanı müəyyən sənədlər tələb olunur:
1) Daşınmaz əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd;
2) Əgər bağışlayan şəxs evlidir və əmlak ailə birgə mülkiyyətinə daxildirsə, həyat yoldaşının notarial qaydada təsdiqlənmiş razılığı;
Əgər bağışlanan mənzildə yaşayan digər şəxslər varsa, onların da razılığı tələb oluna bilər. Müvafiq sənədlər təqdim edildikdən və notarial qaydada müqavilə bağlandıqdan sonra, əşya üzərində mülkiyyət hüququ hədiyyə alan şəxsə keçir.
Hüquqşünas Ərşad Hüseynovun fikrincə, yalnız yaxın qohumlar arasında bağışlama müqaviləsi bağlandıqda dövlət rüsumuna güzəşt tətbiq edilir:

“Qohumlar arasında bağışlama zamanı müəyyən fərqlər nəzərə alınmalıdır. Yaxın qohum sayılan şəxslər — valideyn, övlad, baba, nənə, nəvə, bacı və qardaşdır. Bu kateqoriyaya daxil olmayan şəxslər, məsələn, əmi, dayı, bibi və s. ilə bağışlama müqaviləsi bağlansa belə, dövlət rüsumuna güzəşt tətbiq edilmir”, – deyə hüquqşünas vurğulayıb.
Ərşad Hüseynov əlavə edib ki, əgər avtomobil ər-arvad, ata-oğul, bacı-qardaş kimi yaxın qohumlar arasında verilərsə, bu zaman rüsum 20 manat, digər hallarda daha yüksək məbləğ ola bilər.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Fidan Məmmədova
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...












