“Maşının nömrəsində bayraq silinibsə, sürücüyə əvvəlcə xəbərdarlıq edilməlidir” – DEPUTATDAN AÇIQLAMA - FOTO

Son dövrlərdə yol hərəkəti qaydalarının tətbiqi zamanı bəzi hallarda vətəndaşlarla yol polisi əməkdaşları arasında narazılıqlar yaşanır. Xüsusilə texniki qüsurlara görə dərhal cərimə yazılması və ya etibarnamə ilə bağlı hüquqi boşluqlar, cəmiyyətin narahatlığına səbəb olur. Bu cür hallarda vətəndaşlar daha çox maarifləndirmə və xəbərdarlıq edilməsini, cərimənin isə sonrakı mərhələdə tətbiq olunmasını istəyirlər.
Bəs texniki nasazlığa və ya sənədlə bağlı hüquqi anlaşılmazlıqlara görə vətəndaş dərhal cərimələnməlidirmi, yoxsa əvvəlcə xəbərdarlıq edilməlidir?
Mövzu ilə bağlı Milli Məcilisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, avtomobilin dövlət nömrə nişanının bayrağı solğun olduğu üçün inspektor sürücüyə cərimə yazıb:

“Sürücü isə bildirir ki, “niyə dərhal cərimə yazırsınız? Mən diqqət etməmişdim, xəbərdarlıq edə bilərdiniz, gedib düzəldərdim.” Mən də iradımı bildirdim və xəbərdarlıq etməyin mümkünlüyünü qeyd etdim. Onlar isə bildirdilər ki, xəbərdarlıq etmişik, bir gün ərzində nömrə nişanı dəyişdirilməli, yeni nömrə alınmalıdır.
Bu cür yanaşma bəzən insanlarda narazılığa səbəb olur. Cərimə yazmağa yönəlmiş fəaliyyət deyil, ilk mərhələdə xəbərdarlıq edilməlidir. Təbii ki, dövlət atributumuz olan bayraq aydın görünməlidir, nömrə nişanının rəqəmləri də dəqiq seçilməlidir. Ancaq bu hal baş verdikdə, əvvəlcə xəbərdarlıq edilməli, sürücüyə vaxt verilməlidir. Əgər problem aradan qaldırılmazsa, o zaman cərimə tətbiq olunmalıdır.

Digər bir məsələ isə etibarnamə ilə bağlıdır. Məsələn, kiməsə etibarnamə verərkən həmin şəxsin bütün sənədləri qaydasında olur. Amma bir müddət keçdikdən sonra məlum olur ki, etibarnamə verilən şəxsin sürücülük vəsiqəsi məhdudlaşdırılıb və bu barədə mənə heç bir məlumat verilmir. Həmin sürücü avtomobili idarə etməsə də sistemdə onun adı keçdiyi üçün mən avtomobili idarə edərkən cərimə alıram. Çünki sənədlər üzrə avtomobili həmin şəxs idarə etmiş kimi qeydə alırlar. Foto və ya video görüntü olmadan, təkcə cərimənin yazıldığı ünvan əsas götürülərək avtomobilin sahibi cərimələnir. Bu cərimənin məbləği isə kifayət qədər böyükdür – 400 AZN”.
Deputat əlavə olaraq qeyd edib ki, əgər sübut varsa ki, maşını mən yox, etibarnamə verdiyim şəxs idarə edib, bu başqa məsələdir:
“Amma sübut yoxdursa, avtomobil sahibinin məsuliyyət daşıması ədalətsiz hesab olunur. Bu cür hallarda məsələ aydınlaşdırılmadan cərimənin yazılması bir çox hallarda məhkəmə mübahisələrinə səbəb olur. Təəssüf ki, bu tip problemlərlə tez-tez rastlaşırıq. Belə halların ictimailəşdirilməsi vacibdir ki, vətəndaşlar haqsızlıqla üzləşməsin və prosesə dair daha dolğun məlumatlı olsunlar”.
Eltac Zülfüqaroğlu
Aeroport yolunda kim hansı zolaqla hərəkət etməlidir? – Mütəxəssis AÇIQLADI - VİDEO
Avtomobil idarə edən sürücünün diqqəti hansı səbəblərdən pozulur? – MÜTƏXƏSSİS AÇIQLADI - VİDEO
Sürücüləri cərimələtdirən piyadalarla necə mübarizə aparılmalıdır? – Ekspert İZAH ETDİ - VİDEO
Sürücülərin əhvalı onların avtomobil idarə etməsinə təsir edir? – Mütəxəssis RƏYİ - VİDEO
Elektromobillərin salonuna su sızsa, bunu mütləq etməlisiniz – MÜTƏXƏSSİS - VİDEO
Yol xəritələrindəki uyğunsuzluqlar vətəndaşları çaşdırır - EKSPERT
Yazda ağaclardakı bu yapışaqn maddə maşınınıza ziyan vura bilər – TÖVSİYƏ - FOTO
Qızdırılan oturacaq sistemləri kişilərdə cinsi zəifliyə səbəb olur? – ARAŞDIRMA
Bu yolayrıcında nişan olmadığı üçün qəzalar baş verir - VİDEO
Maşının panelində yanan bu işıqlar hansı təhlükədən xəbər verir? - İZAH - FOTO
Elektromobil və benzinli avtomobillər arasındakı istilik fərqi yoxlanıldı – NƏTİCƏLƏR - VİDEO










