Məktəbdə uşaqlara yol hərəkəti qaydaları öyrədildi – Fəal uşaqlar seçildi - FOTO

Bu gün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin təşkilatçılığı ilə 183 nömrəli tam orta məktəbdə şagirdlər arasında yol hərəkəti qaydalarının təbliği ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Bakı Şəhər Baş Polis İdarəsinin İTŞ-nin əməkdaşı, polis mayoru Kəmalə Ələkbərova, 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin rəhbəri Fəridə Süleymanova, məktəbin direktoru Rəhilə Abbasova, Xəzər RPİ-nin İTŞ-nin əməkdaşları – polis leytenantları Xəyalə Həsənova, Aysel Abdullazadə, Xəzər DYPŞ-nin əməkdaşı, kapitan Əli Xəlilov, jurnalistlər, o cümlədən məktəbin şagird və müəllim heyəti iştirak edib.
Tədbirdə çıxış edən bölmə rəisi Vaqif Əsədov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd məktəblilər arasında yol hərəkəti haqqında qanunun tələbləri barədə informasiyanı yaymaq, onları maarrifləndirmək, bilik və bacarıqlarını üzə çıxarmaqdır. Hazırki vaxtda azyaşlıları, məktəbliləri maarrifləndirməyə ehtiyac var.
Bölmə rəisi həmçinin bu cür maarifləndirici tədbirlərinin mütamadi olaraq keçirildiyini diqqətə çatıdırb. O, qeyd edib ki, son illər paytaxt və respublikanın ayrı-ayrı bölgələrində yol polislərinin keçirdikləri belə maarifləndirici tədbirlərin nəticəsi olaraq artıq məktəb yaşlı uşaqların qəzalar zamanı nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma endirilib.
1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin rəhbəri Fəridə Süleymanova da yol hərəkəti qaydaları barədə məktəblilərə məlumat verib, bununla bağlı şagirdlərin bilik və bacarıqları yoxlanılıb.
Avtosfer.az portalının baş redaktoru Elməddin Muradlı çıxışında tədbirin əhəmiyyətinə toxunub. Bildirib ki, hərəkətin təhlükəsizliyinin təmin olunması, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədilə bu cür tədbirlərin mütəmadi olaraq davam etdiriləcək.
Daha sonra yol hərəkəti təhlükəsizliyi və piyadaların bu qaydalar daxilində hərəkətinə dair müxtəlif sosial video-çarxlar nümayiş etdirilib, yol polisi rəhbərliyi və əməkdaşlarının tövsiyə xarakterli çıxışları dinlənilib. Şagirdləri maraqlandıran suallara cavab verilib. Tədbirdə aktiv iştirak edən şagirdlərə yol polislərinin hazırladıqları hədiyyələr təqdim edilib.
Qeyd edək ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin icazəsi ilə "Hyundai Azərbaycan" şirkəti tərəfindən uşaqlar üçün məlumat kitabı, "Qala Ekspress" tərəfindən hazırlanmış təqvim, o cümlədən DİN tərəfindən 2019-cu il üçün yeni tərtibatla hazırlanmış təqvimlər təqdim edilib, məktəb ictimaiyyətinə paylanılıb.
Vaqif Əsədov sonda bu cür maarifləndirici tədbirlərin davamlı olacağını bildirib.
Fərid
Qəza anında instinktiv sükan hərəkəti niyə təhlükəlidir? – Mütəxəssis AÇIQLADI – VİDEO
Körpü və tunellərdə qəza riskini necə azaltmaq olar? – Mütəxəssis AÇIQLADI - VİDEO
Piyada qəfil yola çıxarsa sürücü nə etməlidir? – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO
Avtomobildə telefonu simsiz şarj edərkən buna diqqət edin – XƏBƏRDARLIQ
Sürücülərin diqqət etmədiyi təhlükə: Avtobusla piyadaların arasında qalmaq – VİDEO
Sürücülər qəzalardan yayınmaq üçün nəyə hazır olmalıdır? – Mütəxəssis AÇIQLADI – VİDEO
Sürücünün düşüncə tərzi qəzaya səbəb ola bilərmi? – Mütəxəssis AÇIQLADI - VİDEO
Sürücülərin bu səhvləri avtomatik sürətlər qutusunu sıradan çıxarır - ARAŞDIRMA
Sürücülərin çoxu bu səhvi edir: İsti havada avtomobili necə düzgün soyutmaq olar?
"Dayanma" ilə "durma"nın fərqi nədir? – Mütəxəssisdən İZAH – VİDEO




































