Müəllimlərə yol hərəkəti qaydaları öyrədildi - Bakıda ilk - FOTO

Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair (2019-2023-cü illər) Dövlət Proqramı yol hərəkətinin təhlükəsizliyi mövzusunda tədbirlərin daha geniş miqyasda keçirilməsini zəruri edib. Proqramdan irəli gələn vəzifələri yerinə yetirmək üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi uşaqlar və müəllimlər arasında yol təhlükəsizliyi ilə bağlı maarifləndirmə işlərini gücləndirib. Avtosfer.az xəbər verir ki, dünən Uşaq-Gənclər İnkişaf Mərkəzində “Yol hərəkəti qaydalarını öyrənirik!” mövzusunda ibtidai sinif müəllimləri və dərnək rəhbərləri üçün maarifləndirici seminar keçirilib.
Yol hərəkəti qaydalarını məktəblərdə təbliğ etmək məqsədilə keçirilən seminarda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Avtosfer.az saytının baş direktoru Elməddin Muradlı, ekspert Azər Allahverənov, “Polis” qəzetinin müxbiri Gülbala Allahverdiyev, sürücülük üzrə təlimçi Arzu Babazadə də iştirak edib.
Seminarda Bakı şəhər 6, 46, 84, 111, 158, 211, 242, 248, 254, 264, 279, 289, Ağdam şəhər 149, Xocavənd 2, Qubadlı rayon Xanlıq kənd tam orta məktəblərininibtidai sinif müəllimlərinə, Bakı şəhər 5, 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin və Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərlərinəmüasir təlim üsullarından istifadə edilərək “Küçə, yol, yolayrıcı”, “Yol nişanları”, “Velosipedçilər üçün yol hərəkəti qaydaları” mövzusunda məşğələlər keçilib. Müəllimlərə yol hərəkəti qaydalarının öyrənilməsində ənənəvi üsullardan fərqlənən interaktiv təlim üsullarından istifadə edilməsi tövsiyə olunub. Məktəblərdə yol hərəkəti ilə bağlı görüləcək işlər müzakirə olunub. Onlara mövzu ilə bağlı təqdimatlar nümayiş etdirilib.
Sonda seminarla bağlı sorğu keçirilib. Sorğunun nəticəsindən məlum oldu ki, əksər müəllimlər belə seminarların tez-tez keçirilməsinin tərəfdarıdırlar.
Elmin
Məktəb həyəcanı başlayır: Bu şəxslər cərimələnə bilər - DETALLAR
Sürücülərin qəza riskini artıran düşüncə tərzi budur – XƏBƏRDARLIQ - VİDEO
Maşının qapısının açılmasına görə baş verən qəzalarda kim məsuliyyət daşıyır? – AÇIQLAMA
Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO
İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ
Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO
Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Bu nişanı səhv başa düşən sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Sarı torun üzərində dayanmaq olarmı? – AÇIQLAMA – VİDEO


















