Müstəqillik tariximizin ən dəhşətli təyyarə qəzasından 27 il ötür

Bu gün Naxçıvan-Bakı reysi ilə uçan "Tu-134B" təyyarəsinin qəzaya uğramasından 27 il keçir.
Avtosfer.az xəbər verir ki, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra, Naxçıvan şəhəri yaxınlığında yerə çırpılıb. 1995-cil dekabrın 5-də baş verən bu qəza nəticəsində 52 nəfər həyatını itirib, çoxu ağır olmaqla 30 nəfər yaralanıb.
Əslində, qəzalı vəziyyətdə olduğu üçün, təyyarənin istismarı bir neçə həftə əvvəl dayandırılmalı idi. Hələ noyabrın 20-də təyyarənin heyəti jurnalda belə bir qeyd etmişdi: “Kondisioner sistemini yandıranda yağ yanığının qoxusu gəlir”. Kondisioner sistemi isə sol mühərriklə əlaqəlidir. Qoxu haqqında qeyd noyabrın 27-də təkrarlanır. Binə aeroportunun mütəxəssisləri səbəbi tapa bilmədikdə, noyabrın 30-da Moskvada yerləşən aviatəmir zavoduna teleqram vuraraq nümayəndə göndərmələrini istəyirlər.
Təyyarənin istismarı isə davam edir. Dekabrın 5-də “Tu-134” Bakıdan Naxçıvana uçur. Həmin gün saat 17:52-də isə Naxçıvan-Bakı marşrutu üzrə havaya qalxır. Uçuşun 86-cı saniyəsində sol mühərrikdə problem yaranır, güc azalır. Bort mühəndisi isə tələsik qərar verərək sağ mühərriki söndürür.
Bir neçə saniyə sonra sol mühərrikdən alov çıxır. Bort mühəndisi səhvini başa düşdükdə artıq gec idi. Mühərriki təkrar işə salmaq mümkün olmadı.
Təyyarənin aşağı düşdüyünü, uçuş istiqamətində isə yaşayış evlərinin olduğunu görən kapitan təyyarəni kəskin döndərməli olur. Bu da onun maililiyini xeyli artırır və əkin sahəsinə planlaşdırılan enişini xeyli çətinləşdirir. Nəticədə, yerə birinci olaraq təyyarənin sol qanadı toxunur. Fırlanaraq yanı üstə sürünən hava gəmisi elektrik dirəyinə çırpılaraq dayanır.
Qəza zamanı təyyaradə 6-sı ekipaj üzvü olmaqla 82 nəfər olub. Onlardan 52 nəfər həlak olub, 30 nəfər isə müxtəlif xəsarətlər alıb. Həlak olanlar arasln iki ekipaj üzvü də olub. Qəza zamanı möcüzə nəticəsində yanğın baş verməyib.
Bu hadisə Azərbaycanın müstəqillik tarixində ən dəhşətli aviaqəza sayılır.
Rus mənbələrindəki məlumata görə təyyarənin korpusu 1980, sol mühərrik 1981, sağ isə 1982-ci ildə istehsal edilib. Mühərriklər təyyarəyə 1994-cü ildə quraşdırılıb, təyyarə özü 1992-ci ildə əsaslı təmir olunub. Hava gəmisinin heyəti də kifayət qədər təcrübəli pilotlar olub.
Qəzaya səbəblərdən biri kimi sol mühərrikin nasazlıq aşkar edildikdən sonra əlavə 30 saat istismar edilməsi göstərilir.
İşıqforlarda saniyəölçənin yığışdırılması təklif edilir; nəyə təsir edəcək? - ARAŞDIRMA
Ərazisi bəzi Avropa paytaxtlarından böyük olan Bakıda niyə tıxac var? – Rauf Ağamirzəyev - FOTO
Bakıdakı dairələr yollarda hərəkətə təhlükə yaradır? – Mütəxəssis RƏYİ - VİDEO
Sürücülərə XƏBƏRDARLIQ - Maşınınızdakı gizli təhlükəyə diqqət!
Hər bir sürücü həm də piyadadır, yollarda onlar daha diqqətli olmalıdır - EKSPERT - VİDEO
“Zebra”lar piyadalar üçün təhlükəsizliyi tam təmin edirmi? – Ekspertdən AÇIQLAMA
Hansısa manevrlə bağlı qadağanedici nişan yoxdursa, deməli, icazə var – MÜTƏXƏSSİS - VİDEO
Nömrə nişanlarının rəng və hərflərinə görə necə fərqləndiyini bilirdiz? - ARAŞDIRMA
Şəhər mühitində obyektlərə əlçatanlıq mövzusu GÜNDƏM OLDU - FOTO
Şəhərdə piyada üçün yaradılan şəraitə etiraz edənlər sürücülərdir - EKSPERT
Sürücünün alışdığı yanlış vərdişlər siqaret kimidir, tərgitmək çətindir – MÜTƏXƏSSİS - VİDEO










