Naxçıvanda yol nəqliyyat kompleksi beynəlxalq standartlar səviyyəsində qurulub - Rəşad Seyidov

Naxçıvan Dövlət Universitetində “Yol hərəkəti qaydalarının təşkili” ilə əlaqədar maarifləndirici tədbir keçirilib. NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yol hərəkəti qaydalarının təşkili ilə bağlı keçirilən maarifləndirici söhbətlərin əhəmiyyətindən bəhs edib. Naxçıvan MR Daxili İşlər Nazirliyinin idarə rəisi, polis polkovniki Rəşad Seyidov muxtar respublikada yol nəqliyyat kompleksinin beynəlxalq standartlar səviyyəsində qurulduğunu bildirib. Qeyd edilib ki, Naxçıvan şəhər daxili avtomobil yollarının yenidən qurulması layihəsi uğurla icra olunur. Sərnişin və piyadaların yol hərəkəti qaydalarına riayət etməsi istiqamətində maarifləndirici tədbirlərin də davam etdirildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, nazirliyin təşəbbüsü ilə səsli mətnlərin elektron kartlara köçürülərək şəhərdaxili marşrutlarda səsləndirilməsi, Gənclər Fonduna üzv olan bir qrup könüllü tələbə-gənclər tərəfindən piyada və sərnişinlərə bukletlərin paylanılması bu tədbirlər sırasındadır. Yol hərəkəti qaydalarına əməl edilməsi, onların təbliği istiqamətində ziyalıların-xüsusən ali təhsil alan gənc nəslin üzərinə yük düşdüyünü deyən- polis polkovniki tələbələri yol hərəkəti qaydalarıyla digər vətəndaşlara nümunə olmağa çağırıb.
Nazirliyin Dövlət Yol Polisi İdarəsinin təbliğat üzrə baş inspektoru, polis baş leytenantı Ayaz İsmayılov piyada keçidlərinin qurulmasında 3D formatından istifadə edildiyini qeyd edərək bu cür keçidlərin hərəkət iştirakçılarının avtomobil yollarında daha rahat və təhlükəsiz istifadəsinə xidmət etdiyini vurğulayıb. Nizamlanan və nizamlanmayan piyada keçidləri, işiqfordan istifadə qaydaları, yol hərəkəti qaydalarını pozmağa görə cərimələnmə məsələlərindən ətraflı məlumat verilib. Qeyd olunub ki, inzibati xətalar məcəlləsində yol hərəkəti qaydalarının pozulmasına görə sürücülərlə yanaşı piyadaların da kifayət qədər məsuliyyəti nəzərdə tutulub. Yol hərəkəti qaydalarında artıq müsbət nəticəyə nail olunduğunu qeyd edən Ayaz İsmayılov bildirib ki, 2016-cı ildə 20, 2017-ci ildə 12, 2018-ci ildə isə 7 nəfərin həlak olması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribsə, 2019-cu ildə isə hələ ölümlə nəticələnən yol qəzası olmayıb.
Universitetin “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə IV kurs tələbəsi Toğrul Məmmədli Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolundan danışıb.
Sonda Naxçıvan Televiziyasının hazırladığı “Piyada keçidindən keç, həyatından keçmə”, “Piyada və sərnişinin vəzifələri” adlı videoçarxlar nümayiş olunub. Tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
Fidan
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT















