Nərimanov rayonunda narkomaniya əleyhinə tədbir keçirilib - FOTO

DİN-in Polis Akademiyası, Baş İctimai Təhlükəsizlik, Bakı Şəhər Baş Polis və Nərimanov Rayon Polis İdarələrinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda yerləşən 207 nömrəli tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır”, “Gənclər narkomaniyaya yox deyir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Şagirdlərlə görüşdə DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov bildirib ki, ulu öndər Heydər Əliyevin imzaladığı sərəncam və qanunlar cinayətkarlıqla qətiyyətli mübarizənin əsasını qoyub, bu gün də möhtərəm dövlət rəhbərimiz tərəfindən cinayətkarlıqla mübarizə prioritet istiqamət kimi diqqətdə saxlanılır. Ölkəmizin sürətli sosial-iqtisadi inkişafının məhz mövcud sabitlik, əmin-amanlıq, yüksək ictimai təhlükəsizlik şəraitində baş tutduğu tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Təhsil müəssisələrində narkomaniya əleyhinə keçirilən tədbirlərin əhəmiyyətinə diqqət çəkərək, uşaq hüquqlarının müdafiəsi, onların hüquqazidd əməl və cinayətlərdən qorunması sahəsində görülən işlərdən danışıb.
Nərimanov RPİ-nin rəisi, polis polkovniki Vaqif Müslümov daxili işlər orqanları əməkdaşlarının narkomaniyaya qarşı apardıqları qətiyyətli mübarizə və profilaktiki tədbirlər barədə geniş məlumat verib. O, bildirib ki, ölkəmizin hər bölgəsində yeni idman kompleksləri, sağlamlıq meydançaları tikilib istifadəyə verilib. Şagirdlər ölkəmizdə gənclərə olan diqqət və qayğıdan bəhrələnməli, sağlamlıqlarının qayğısına qalmalıdırlar.
Polis Akademiyasının müəllimləri - polis polkovnik-leytenantı Vüqar Mansurov, polis leytenantları Ata Vəliyev və Təbəssüm Hümbətli “Yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikasında polisin rolu” və “İnternetdən təhlükəsiz istifadə qaydaları” mövzularında çıxışlar edərək törədilən hüquqpozmaların fəsadları barədə geniş məlumat verib, analoji maarifləndirici tədbirlərin Polis Akademiyasında da mütəmadi olaraq təşkil edildiyini diqqətə çatdırıblar.
Bakı şəhər BPİ-nin bölmə rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova qeyd edib ki, narkomaniyanın qurbanlarına çevrilən gənclər bu yola məlumatsızlıqdan, iradələrinin zəifliyindən düşürlər. Əgər onlar gələcəkdə başlarına gələn müsibətlərdən xəbərdar olsalar, əlbəttə ki, vaxtında özlərini qorumağı bacararlar.
Təhsil müəssisələrində polisin keçirdiyi belə maarifləndirici görüşlərin, profilaktik söhbətlərin əhəmiyyətindən danışan məktəb direktoru Sədaqət Seyidova isə şagirdlərin qanun keşikçilərindən zərərli vərdişlər və narkomaniya haqqında məlumat almalarının ümumi təlim-tərbiyə işinə müsbət təsir etdiyini və buna görə də DİN rəhbərliyinə öz təşəkkürünü bildirib.
Uşaqlar tərəfindən törədilən hüquq pozuntularının səbəbləri və profilaktikası, internetdən təhlükəsiz istifadə, narkomaniyanın sosial bəla kimi genişlənməsi mövzularını əhatə edən digər çıxışlar da maraqla dinlənilib.
Tədbirin sonunda uşaqları maraqlandıran suallar cavablandırılıb.
Emin
Bayramda uzaq yola çıxanlara DYP-dən çağırış; bu qaydalara əməl edin - VİDEO
Yol vermək bəzi sürücüləri niyə qorxudur? – Mütəxəssisdən AÇIQLAMA - VİDEO
Torpaq sahələrindən səmərəsiz istifadə; Bakıda bu amil tıxaca səbəb olur? – EKSPERT
“Azərbaycanda sürücü piyadadan qorxur” – Mütəxəssisdən sərt AÇIQLAMA - VİDEO
Avtobus zolağı ilə hərəkətə hansı hallarda icazə verilir? – EKSPERT AÇIQLADI – VİDEO
Dayanma zamanı bu səhv ölümcül nəticələrə səbəb ola bilər – Mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Dönmə və zolaq dəyişmədə sürücülər hansı səhvlərə yol verir? – MÜTƏXƏSSİS - VİDEO
Bakı küçələrindəki velosiped zolaqları nə işə yarayır? – RƏSMİ STATİSTİKA
İnkişaf etmiş ölkələrdə ictimai nəqliyyat şirkətləri gəlirlərini necə təmin edir? - ARAŞDIRMA
Bəziləri düşünür ki, qaydalara uyğun sürürsə, qəzada başqası günahkardır – MÜTƏXƏSSİS - VİDEO
Küçə və prospektləri düzgün planlaşdırılan şəhər təhlükəsizliyin təminatıdır - EKSPERT













