Nömrəni buferin sağ tərəfinə bağlamaq olar? - Ərşad Hüseynovdan AÇIQLAMA - VİDEO

Sürücülər tez-tez müraciət edərək belə bir sual verirlər: “Qeydiyyat nişanının avtomobilin ön hissəsində sağda və ya solda yerləşdirilməsi qanun pozuntusudurmu?”
Bu məsələ ilə bağlı müəyyən anlaşılmazlıqlar olduğu üçün sürücülərdə çaşqınlıq yaranır.
Avtosfer.az xəbər verir ki, əslində, bir çox avtomobil markalarında (xüsusilə də Avropa və Yaponiya istehsalı olan modellərdə) zavod konstruksiyası elə qurulub ki, qeydiyyat nişanı qabaq hissənin sağında və ya solunda yerləşdirilir. Bu avtomobillərdə mərkəzdə nömrə üçün xüsusi yer nəzərdə tutulmayıb. Məsələn, “Mazda RX-8”, “Alfa Romeo”, “Lexus IS” seriyası və bəzi “Honda Civic” modellərində nömrə yeri ya sağda, ya da solda yerləşir və bu, avtomobilin istehsal xüsusiyyətlərindən irəli gəlir. Bəs bu məsələ qanunla necə tənzimlənir?
Hüquqşunas Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, bu məsələ Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunun 29-cu maddəsinə həllini tapır.
“Əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı həmin vasitənin banında, yəni gövdəsində zavod tərəfindən nəzərdə tutulmuş xüsusi yerə bərkidilməlidir. Avtomobillərdə qeydiyyat nişanları bir ədəd qabaqda, bir ədəd isə arxada yerləşdirilir”.
Hüquqşünas əlavə edib ki, traktor və motosikletlərdə isə yalnız arxa hissədə bir ədəd qeydiyyat nişanı olur.
“Avtomobillərin əksəriyyətində qeydiyyat nişanı üçün zavod tərəfindən müəyyən edilmiş yerlər qabaq və arxa hissənin ortasında yerləşir. Lakin bəzi avtomobillərdə qabaq hissədə qeydiyyat nişanı sağ və ya sol tərəfdə də yerləşə bilər ki, bu da qanunla qadağan edilmir. Əsas şərt qeydiyyat nişanının görünən və sabit bir yerdə bərkidilməsidir. Arxa qeydiyyat nişanı isə adətən ortada olur, lakin bəzi hallarda bir qədər sağda və ya solda yerləşdirilə bilər. Əgər nəqliyyat vasitəsinin banında qeydiyyat nişanı üçün xüsusi yer yoxdursa, bu zaman Vyana Konvensiyasına əsasən, qeydiyyat nişanı yerə perpendikulyar olmaqla qabaqda bir ədəd və arxada bir ədəd olmaqla bərkidilməlidir”.
Nəticə olaraq, qeydiyyat nişanının qabaq hissədə sağda və ya solda yerləşdirilməsi aşağıdakı hallarda qanun pozuntusu sayılmır:
1) Zavod konstruksiyası həmin yeri nəzərdə tutubsa;
2) Nişan sabit və möhkəm şəkildə bərkidilibsə;
3) Aydın və maneəsiz şəkildə görünürsə.
Bu şərtlər yerinə yetirildikdə, qeydiyyat nişanının mərkəzdə olmaması qayda pozuntusu hesab olunmur və cərimə tətbiq edilməməlidir.
Fidan
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...












