Plastik qablardakı suların doğurduğu ekoloji fəlakət

Son 10 ildə dünyada qablaşdırılmış su satışı 73% artıb. Avtosfer.az-ın xəbərinə görə, bu statistika BMT-nin son hesabatında yer alır.
Hesabat müəllifləri bildirirlər ki, qablaşdırılmış su alışına sərf edilən vəsaitin yarısı qədər investisiya qoyulsa içməli su planetin bütün sakinləri üçün əlçatan olardı. Son 10 ildə planetimizdə insanlar qablaşdırılmış suya 270 milyard dollar xərcləyiblər.
BMT-nin Su, Ətraf mühit və Sağlamlıq Universiteti plastik qablarda satılan suları analiz edərək hesabat hazırlayıb. Hesabat müəlliflərinə görə, qablaşdırılmış su bəzi ölkələrdə kran suyundan min dəfə bahadır. Ən əsası, tanınmış markaların suları da əksər hallarda plastik çirklənməyə məruz qalıb. Bir çox ölkədə qablaşdırılmış sular nəinki beynəlxalq, heç yerli standartlara da uyğun gəlmir.
Dövlətlər plastik qablarda su satışının qarşısını almaqda acizdir. Ekoloji zərərə gəldikdə isə, yeraltı suların qablaşdırılaraq satılması qrunt suların tükənməsinə və torpağın münbitliyinin azalmasına səbəb olur.
Vüqar
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












