“Qara qutu” əslində qırmızı imiş - ARAŞDIRMA
Öyrənək
7 Oktyabr 2015 10:13

“Qara qutu” nun sirri nədədir?
Təyyarə qəzalarının səbəblərinin araşdırılması uzun müddət problem hesab edilib. Çoxsaylı insan tələfatına səbəb olan qəzaların nə səbəbdən baş verməsi hər zaman maraq doğurub. Bu sahədə mütəxəssislərə kömək edən “Qara qutu”-lar və onların yaranma tarixi olduqca maraq kəsb edir.
“Qara qutu”- nun yaranması tarixi və istifadə qaydaları haqqında araşdırmanı təqdim edirik.
İlk olaraq “qara qutu” nədir və nə məqsədlə istifadə olunur sualından başlayaq. “Qara qutu” içərisində maqnit lenti olan, sərt örtüyə malik, silindi şəkilli bir cihazdır. Onlar əsasən təyyarələrin quyruq hissələrinə yerləşdirilir. “Qara qutu”-nun tarixçəsi də maraqlıdır. Bu ideya fransız alimləri François Hussenot və Paul Beaudouin-a aiddir. Onlar hələ 1939-cu ildə bu ideyanı irəli sürülüb. Çoxlarında belə bir sual yaranır.
Niyə məhz qara qutu?
Bunun da çox maraqlı tarixçəsi var. İlk vaxtlar düzəldilən “qara qutu”-ların üzərində, içərisində olan maqnit lenti işıqdan qorunmaq üçün qutunun üzərinə qara rəngli örtük çəkilirdi. Həmçinin, bu qutu bir növ özündə məxfi və sirli materialları daşıdığı üçün yaradılan zaman ona belə ad verilib. “Qara qutu” özündə bəd xəbərləri daşıdığı üçün mütəxəssislər onu bu cür adlandırıb. Əslində, onların rəngləri ya qırmızı, ya da narıncı olur. Bu rənglərin də seçilməsinə səbəb qəzalar zamanı qaranlıq meşəlikdən, yaxud dənizin dibindən şəffaf rəngli qutuları tapmaq daha asan olmasıdır.
Bəs bu ideya kimə məxsusdur?
İlk dəfə hansı xalq bu qutudan istifadə edib? 1953-cü ildə Britaniyaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması böyük səs-küyə səbəb olur. Bu qəza dünya çapında ilk iri həcmli qəza idi. Tələfat da çox idi. O zaman Britaniya höküməti qəzanın səbələrini ciddi şəkildə araşdırmağı qarşısına məqsəd qoyur. Bu səbəbdən də digər ölkələrin mütəxəssisləri də istintaqa cəlb edilir. Bu işin istintaqında mütəxəssis kimi Avstaliyalı alim Devid Uоrren-də iştirak edir. O, ilk dəfə qəzanın nə səbəbdən baş verdiyini araşdırmaq məqsədi ilə sərnişin salonlarında səsləri qeydə alan cihazın quraşdırılmasını təklif edir və bu istiqamətlərdə işlərə başlayır. Artıq 1956- cı ildə ilk “qara qutu” hazır idi. 1960- cı ildən Avstraliya təyyarələrində ilk “qara qutu”lar quraşdırıldı və qoruyucu kostyumlar sərnişinlərə verildi. Bu sürətlə digər ölkələrə də yayıldı.
Avstraliya dünyada bunu qanun kimi ilk qəbul edən ölkə olaraq tarixə düşdü. Əvvəllər “qara qutu”-lar təyyarələrin quyruq hissələrində quraşdırılırdı. Sonralar isə kabinlərə də cihazlar quraşdırıldı. Ancaq bu özünü doğrultmadı. Çünki, qəza zamanı qara qutu daha çox deformasiyaya məruz qalırdı. Buna görə də ən əlverişli yer kimi təyyarənin quyruq hissəsi seçildi. Əvvəllər qutular qara rəngdə idi. Ancaq bu qəzadan sonra “Qara qutu” nun tapılmasına çətinlik yaradırdı. Çünki, su altında, yaxud qaranlıq məkanda qara rəngi seçmək çətin idi. Bu görə, sonrakı illərdə qutunun rəngi narıncı və qırmızı rəngə boyandı.Çünki, bu rənglər daha tez gözə görünürdü.
“Qara qutu” nun texniki keyfiyyətləri də maraq doğurur. Yüksək qəzada qutuların zədə almaması üçün onun üzəri yüksək zərbəyə davamlı titandan və poladdan hazırlanır. Həmçinin qutunun daxili hissəsinə xüsusi maddə də əlavə olunur. Bu qəza zamanı alışmanın qarşısını almaq məqsədi daşıyır.
"Qara qutu" bu qədər möhkəm materialdan hazırlanırsa, niyə təyyarə özü tamamilə bu materialdan hazırlanmır?
Təyyarələrin rahat şəkildə havada qala bilmələri, uzun məsafələri az yanacaqla qət etmələri, mümkün qədər yüngül materialdan hazırlanmış olmalarına bağlıdır. Bu materiallar, əsasən, alüminium və plastiktir. «Kokpit»dəki səsləri və uçuş məlumatlarını qeydə alan hər iki qutu paslanmayan poladdan hazırlanır. En və uzunluqları təxminən 25 santimetr, hündürlükləri 12-13 santimetrdir. Qutuların qalınlıqları isə 6-7 millimetr qədərdir. Qutular, həmçinin, istiliyə və yanğına qarşı davamlı olması üçün plastiklə örtülü maye köpük ilə də təchiz edilmişdirlər. Qutular o qədər möhkəmdirlər ki, dənizə düşmüş bir təyyarənin qutuları 7 il sonra çıxarılsa da, amma buna baxmayaraq qeydlər aydın olaraq dinlənilmişdir. Əvvəllər qutular qanadların birləşmə nöqtəsinə yaxın bir yerə qoyulurdu. Bu bölgə təyyarənin ən ağır qismi olduğundan eniş anında bu ağır parçalar qutuların üzərlərinə düşərək zərər verə bilirdilər. Sonralar qutular təyyarənin quyruq hissəsinə qoyulmağa başlanıldı. Təbii ki bu, təyyarənin quyruq hissəsindəki kreslolar insanlar üçün daha təhlükəsizdir mənasını verməz, ancaq bu yer qəza zamanı «qara qutu»ların təyyarənin qalıqlarından ən uzağa düşməsini təmin etməkdədir. İndiyə kimi qara qutuların köməkliyi ilə baş vermiş bir çox qəzaların səbəbləri açıqlanmışdır. Bu səbədən də bu gün bütün uçaq vasitələrində bu cihazdan istifadə edilir. (Femida.az)

Oxunub : 3460
DİGƏR XƏBƏRLƏR
8 May 2026 13:00
İnkişaf etmiş ölkələrdə ictimai nəqliyyat şirkətləri gəlirlərini necə təmin edir? - ARAŞDIRMA
7 May 2026 11:30
Bəziləri düşünür ki, qaydalara uyğun sürürsə, qəzada başqası günahkardır – MÜTƏXƏSSİS - VİDEO
6 May 2026 12:30
Küçə və prospektləri düzgün planlaşdırılan şəhər təhlükəsizliyin təminatıdır - EKSPERT
6 May 2026 11:30
Səkilərin olmaması şəhər həyatında hansı fəsadlara səbəb olur? – ARAŞDIRMA - FOTO
5 May 2026 12:00
Avtomobil park etmək üçün bu 4 qaydaya əməl edilməlidir - MÜTƏXƏSSİS - VİDEO
1 May 2026 15:00
Maşındakı bu konstruksiyalar yanacaq sərfiyyatını artırır – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ
1 May 2026 11:30
Bakıda fəaliyyət göstərən avtobusların sayı 2350-yə çatıb - EKSPERT
29 Aprel 2026 21:09
Maşında bu düymənin nə işə yaradığını bilirdiniz? - TÖVSİYƏ - FOTO
28 Aprel 2026 20:33
Maşından asılan bu aksesuara diqqət edin; əlavə xərc yarada bilər - TÖVSİYƏ
28 Aprel 2026 14:00
Piyadaların təhlükəsiz hərəkəti üçün ideal səki necə olmalıdır? - FOTO
28 Aprel 2026 11:00
Təhlükəsiz şəhər konsepti necə təşkil edilməlidir? – Ekspert AÇIQLADI - FOTO
27 Aprel 2026 11:30
Aeroport yolunda kim hansı zolaqla hərəkət etməlidir? – Mütəxəssis AÇIQLADI - VİDEO
ŞƏRH YAZ