Qəza törədən sürücülər bu halda cərimə oluna bilməz - Qanun belə deyir

Qəza törədib hadisə yerini tərk etmiş sürücülərin məsuliyytə cəlb edilməsi ilə bağlı qanunvericiliyə maraqlı bir dəyişiklik edilib. Lakin əksər sürücülər bundan hələ də xəbərsizdir.
Avtosfer.az xəbər verir ki, əvvəllər qəza törədib hadisə yerini tərk edən sürücülər öz aralarında razılığa gəlsələr belə, təqsirkar sürücü hadisə yerini tərk etdiyinə görə 4 bal 100 manat məbləğində cərimə edilirdi. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin “qeyd” hissəsinə 7-1-ci bəndi əlavə olundu. Orada qeyd olunub ki, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir.
Bu o deməkdir ki, yol nəqliyyat hadisəsi zamanı sağlamlığa zərər dəyməyibsə və təqsirkar sürücü öz günahını boynuna alırsa, hadisə yerini tərk etməyə görə həmin sürücü məsuliyyətə cəlb oluna bilməz.
Emin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT













