Sığortada yeni qaydalar və oğurluq riski - FOTO
Qərbin sanksiyalarının Rusiyaya vurduğu zərbə hər kəsə məlumdur. Ölkənin iqtisadi blokadaya alınması sığorta bazarına da zərbə vurub.
Avtosfer.az xəbər verir ki, sığortaçılar qəzalı avtomobilləri təyin olunmuş müddətə - 30 günə təmir etməyə çətinlik çəkirlər. Çünki bəzən lazımi detalın tapılması özü 30 gündən çox çəkir. Qanuna görə təmir müddəti 30 günü aşdıqda sığorta olunan məhkəməyə müraciət edərək kompensasiya ala bilər.
Bu günlərdə Dövlət Dumasında sığorta şirkətlərinin rəhbərləri ilə qapalı görüş keçirilib. Görüş iştirakçıları dekabrda verdikləri təklifləri yenidən təkrarlayıblar. Söhbət təmir müddətinin 60 günə çatdırılması və işlənmiş detallardan istifadədən gedir.
Məlumata görə rusiyalı qanunvericilər təklifə müsbət yanaşıblar. Müvafiq qanunun qəbul ediləcəyi tarix isə naməlumdur.
Sığorta şirkətləri isə hələlik çıxış yolunu qəzaya düşən avtomobillərin sahiblərinə nağd pul verməkdə görürlər. Son 1 ayda sığorta şirkətləri təmirə barmaqla sayılacaq qədər avtomobil yollayıblar.
Məsələyə hüquq müdafiəşiləri də münasibət bildirib. Onların fikrincə, işlənmiş detallardan istifadə təhlükə riskini artırmaqla yanaşı avtomobil oğurluğna da rəvac verəcək.
Vüqar
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












