Sürücülər texniki baxış vaxtını unudubsa ne etməlidirlər? - QAYDALAR

Çox az sayda sürücü var ki, əvvəlki texniki baxış tarixini yadında saxlaya bilsin. Amma əgər sürücü həmin tarixi unudubsa o zaman texniki baxış tarixini müəyyən etməyin bir neçə yolu var. Əsas məsələ burada sürücünün məsuliyyətli olmasıdır. İlk növbədə asanpay.az portalında qeydiyyatdan keçərək öz elektron kabinetinizdə xüsusi “texniki baxış” pəncərəsinə baxmaqla bunu müəyyən edə bilərsiniz. Çünki DYP tərəfindən hər bir sürücünün elektron kabinetinə onun nəqliyyat vasitəsinin texniki baxışdan keçdiyi və növbəti dəfə keçməli olduğu tarix barədə məlumat yerləşdirilib. Eyni zamanda əgər kabinetiniz yoxdursa o zaman AsanPay-da qeydiyyatı olan digər bir şəxsdən kömək istəyə bilərsiniz. Həmin şəxs kabinetində “Xüsusi” bölməyə daxil olmaqla sizin nəqliyyat vasitəsinizin məlumatlarını daxil etməklə asanlıqla sizin üçün texniki baxış tarixini müəyyən edə bilər.
Elektron kabineti olmayan şəxslər bunu DYP orqanlarından (şöbələrdən, postlardan, texniki baxış məntəqələrindən), hətta yolda xidmət edən DYP əməkdaşlarından da soruşa bilərlər. Mərkəzi İnformasiya Sistemində bu məlumat var. Yuxarıda sadalanan bütün hallarda texniki baxışdan keçmənin son tarixini sizə deyə bilərlər. Sadəcə olaraq istər elektron, istər telefon (012 590 71 13), istərsə də birbaşa müraciət edərək bu məlumatı öyrənə bilərsiniz.
Orxan
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












