Sürücülərə daha bir sığorta oyunu: işlənmiş detal ...

Rusiyanın sığorta şirkətləri sürücülərə seçim imkanı verməyən daha bir təkliflə çıxış edib.
Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sığorta şirkətləri sürücülərin işlənmiş detal tətbiqindən imtinasını məhdudlaşdırmaq istəyirlər.
Belə ki, ehtiyat hissələrin bahalığı və qıtlığına görə sığorta şirkətləri zərərlə işləyir. Son həftələrdə şirkətlər praktik olaraq təmirlə məşğul olmur, qəza zamanı sürücüyə pul verməklə məsələni həll edirlər. Lakin bu da daimi həll yolu deyil.
Sığorta şirkətlərinin balansında olan təmir mərkəzlərində də vəziyyət pisləşir. Ehtiyat hissələrin dövriyyəsi də şirkətlərə ciddi gəlir gətirir. Buna görə də şirkətlər qanunda “avtomobilin təmirinin təşkili və ödənişi sığortaçının alternativsiz hüququdur” maddəsini saldırmaq istəyirlər. Bu təqdirdə sürücü işlənmiş detallardan istifadəyə etiraz edə bilməyəcək. Eyni zamanda, təmir müəssisəsini seçmək yalnız sığorta şirkətinin səlahiyyətində olacaq.
Zərərin pulla ödənilməsinə gəlincə, bunun yalnız müqavilədə göstərildiyi halda həyata keçirilməsi nəzərdə tutulur. Təklifə görə, zərərçəkən avomobili təyin olunmuş müddətdə təmir mərkəzinə gətirməyə borcludur. Əks halda, sığortaçı pul ödənişindən imtina edə bilər.
Göründüyü kimi, təkliflər birbaşa olaraq sığorta olunanın ziyanınadır. Təkliflər yaxın həftələrdə Mərkəzi Bank və digər qurumlarla müzakirə ediləcək.
Rusiyalı hüquqşünaslar belə bir təklifin sığorta şirkətləri tərəfindən sui-istifadəyə yol açacağı qənaətindədirlər.
Vüqar Yaşaroğlu
Məktəb həyəcanı başlayır: Bu şəxslər cərimələnə bilər - DETALLAR
Sürücülərin qəza riskini artıran düşüncə tərzi budur – XƏBƏRDARLIQ - VİDEO
Maşının qapısının açılmasına görə baş verən qəzalarda kim məsuliyyət daşıyır? – AÇIQLAMA
Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO
İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ
Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO
Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Bu nişanı səhv başa düşən sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Sarı torun üzərində dayanmaq olarmı? – AÇIQLAMA – VİDEO










