Sürücüləri burada cərimələmək düzgün deyil - EKSPERT

"Son günlər tez-tez yayılan DYP əməkdaşları ilə dialoq videolarına baxıb bir məqamın dəqiqləşdirilməsinə ciddi ehtiyac olduğunu gördüm. Videolardan görünür ki, DYP əməkdaşları yolayrıcına yaxınlaşan və hələ 1.1 bütöv xətti olmayan yerdə yerdəyişmə edən sürücülərə "1.18 xəttinin tələbini pozmaya" görə cərimə yazmaq istəyir. Bəri başdan deyim ki, bu tamamilə yanlışdır."
Avtosfer.az xəbər verir ki, bunu yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
Ə. Hüseynov qeyd edib ki, söhbət 1.18 nişanlanmasının (asfaltakı oxların) tətbiqindən və tələbindən gedir. "Bunu dəqiq bilmək ilk növbədə DYP əməkdaşlarına, həm də elə sürücülərə lazımdır. YHQ-nin 69-cu maddəsinin VI hissəsinin 18-ci bəndinə əsasən, 1.18 oxları yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir. Hazırda qüvvədə olan standarta əsasən, bu nişanlanma yolayrıcı qarşısında bir birindən 20-30 metr aralı olmaqla 2-3 dəfə təkrarlanaraq çəkilməlidir. Belə yolayrıcı qarşısında zolaqlar üzrə yerdəyişməni qadağan etmək üçün zolaqlar arasına 20-40 metr məsafədə 1.1 bütöv ağ xətt də çəkilməlidir. Belə halda yolayrıcına ən yaxın 1.18 oxu həmin bütöv xəttin başlanğıcında çəkilməlidir. Yəni yolayrıcına yaxınlaşanda son gördüyümüz 1.18 oxu yolayrıcından 20-40 metr aralı, ondan əvvəlkilər isə yolayrıcından daha uzaqda (təxminən 40-70, 60-100 metrdə) olacaq. Təbii ki, yolayrıcından uzaqdakı 1.18 oxları olan yerdə zolaqlar arsında 1.5 qırıq-qırıq xətti olacaq. Əsas vurğulamaq istədiyim də odur ki, sürücünün qarşısına ilk çıxan 1.18 oxları olduğu yerdə onun üçün heç bir məcburi tələb irəli sürmür. Sürücü həmin yerdə 1.5 xəttini manevr qaydalarına uyğun istənilən tərəfə kəsib keçə bilər. Bu, qayda pozuntusu deyil və əslində sürücüyə qabaqcadan deyir ki, yolayrıcında fərqli istiqamətə gedəcəksənsə, buyur, indidən zolağını dəyiş.
Beləliklə, 1.18 oxu müvafiq hərəkət zolağında olan sürücünü YALNIZ YOLAYRICINDA oxda göstərilən istiqamətdə (istiqamətlərdə) getməyə məcbur edir. Sadəcə yolayrıcına 20-40 metr qalmış artıq bütöv xətt başladısa, zolaqda yerdəyişmə də qadağandır. Ona görə də bütöv xətlərin arasına daxil olana qədər zolaqlarda yerdəyişmə tam qaydalar çərçivəsindədir.
Həm də nəzərə alaq ki, yolayrıcında hərəkət istiqamətləri zolaqlar üzrə paylanırsa, 5.8.1 və ya 5.8.2 nişanı qa qoyulmalıdır. Yəni 1.18 oxları bu nişanları tamamlamalıdır."
Fərid
İşıqforlarda saniyəölçənin yığışdırılması təklif edilir; nəyə təsir edəcək? - ARAŞDIRMA
Ərazisi bəzi Avropa paytaxtlarından böyük olan Bakıda niyə tıxac var? – Rauf Ağamirzəyev - FOTO
Bakıdakı dairələr yollarda hərəkətə təhlükə yaradır? – Mütəxəssis RƏYİ - VİDEO
Sürücülərə XƏBƏRDARLIQ - Maşınınızdakı gizli təhlükəyə diqqət!
Hər bir sürücü həm də piyadadır, yollarda onlar daha diqqətli olmalıdır - EKSPERT - VİDEO
“Zebra”lar piyadalar üçün təhlükəsizliyi tam təmin edirmi? – Ekspertdən AÇIQLAMA
Hansısa manevrlə bağlı qadağanedici nişan yoxdursa, deməli, icazə var – MÜTƏXƏSSİS - VİDEO
Nömrə nişanlarının rəng və hərflərinə görə necə fərqləndiyini bilirdiz? - ARAŞDIRMA
Şəhər mühitində obyektlərə əlçatanlıq mövzusu GÜNDƏM OLDU - FOTO
Şəhərdə piyada üçün yaradılan şəraitə etiraz edənlər sürücülərdir - EKSPERT
Sürücünün alışdığı yanlış vərdişlər siqaret kimidir, tərgitmək çətindir – MÜTƏXƏSSİS - VİDEO











