Reklam

Suya düşən telefon və noutbuku NECƏ XİLAS ETMƏLİ?

Öyrənək 18 Fevral 2019 23:35 Oxunub 3659
Suya düşən telefon və noutbuku NECƏ XİLAS ETMƏLİ?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əgər telefonunuz sönübsə…

Telefonsuz nəinki bir günümüz, bir saatımız belə keçmədiyi üçün hər kəsin həyatında onu bir dəfə də olsa suya salma və ya islatma halı qaçılmazdır. Bu məqalə ilə tanış olduqdan sonra telefonunuzu itirmək təhlükəsi sizdən yan keçə bilər.  Keçək mətləbə. Təsəvvür edək ki, telefonunuz əlinizdən çıxıb suya düşdü. Bu halda: Sakitləşin. Tez-tələsik təşvişə düşməyin. Telefonu xilas etmək şansınız hələ var. Telefonu dərhal sudan çıxarın. Suyun bütün detallara hopması üçün 20 saniyə kifayətdir. Nə qədər cəld hərəkət etsəniz, telefonu xilas etmək ehtimalınız bir o qədər çoxalar. Əgər telefonunuz sönübsə, işləyib işləmədiyini yoxlamaq üçün yandırmayın. Telefonunuz zərbədən hələ xarab olmayıbsa, qısaqapanma nəticəsində sıradan çıxa bilər. Su ilə təmas nəticəsində telefonunuz sönməyibsə, özünüz vaxt itirmədən onu söndürün. Sönməyən ekranı isə görüb sevinməyə tələsməyin, bu, hələ telefonun işləməyinin göstəricisi deyil. Böyük ehtimalla telefonun daxili detallarına sızan su sxemə zərər yetirməyə davam edir. Telefonu dərhal söndürün. Telefonun bütün mümkün detallarını ayırın. İlk növbədə batareya, daha sonra sim kart və yaddaş kartı telefondan ayrılmalıdır. Telefonu xilas edə bilməsəniz belə, ən azından xatirə şəkillərini və vacib əlaqə nömrələrini itirməyəcəksiniz. Iphone və bəzi digər telefonların batareyasına telefon sahibi tərəfindən müdaxilə mümükün deyil. Bele quruluşlu telefonu hissələrə ayırmağa çalışaraq ona zərər yetirə bilərsiniz. Sadəcə, telefonu detallara ayırmadan növbəti göstərişləri yerinə yetirin.

Quru bir bez və qulaq çöpünün köməyi ilə telefonun korpusunu, ayırdığınız bütün detalları, sim kart və yaddaş kartını yaxşıca qurudun.

Saç feninin soyuq hava axını ilə telefonu və detalları bir neçə dəqiqə qurudun. Yadda saxlayın, detalları istiyə məruz qoymaq olmaz. Əks halda onlar əriyə bilər.

Telefonun səthində sudan əsər əlamət qalmadığından əminsinizsə  əsas və həlledici

işi yerinə yetirmək vaxtıdır! Yollanırıq mətbəxə. Düyü qabını tapırıq və telefonu detalları ilə bərabər düyünün içinə basırırıq. Telefonun və detalların səthi təmamilə düyü ilə örtülü olmalıdır. Burada qiymət və növ önəmli deyil. İstənilən düyü işinizə yarayar. Düyü çox yaxşı hopdurma xassəsi sayəsində telefonun bütün nəmini özünə çəkəcək! Bir qədər hövsələ toplayırıq, minimum 48 saat olmaq şərti ilə telefonu düyünün içində gözlədirik.

Telefonsuz qaldığınız günləri isə ailəniz və dostlarınıza daha çox zaman ayırmaqla, çoxdan oxumaq istəyib, amma bunun üçün zaman tapmadığınız kitabı oxumağa başlamaqla və ya mətbəxdə yeni reseptləri sınamaqla keçirmək olar.

48 saat tamam olduqdan sonra telefonu düyünün içindən çıxara bilərsiniz. Parçalara ayırdığınız telefonu bir yerə yığın. Əgər sizi telefonla bağlı narahat edən hər hansı məxsusi vəziyyət yoxdursa nəfəsinizi tutub telefonu yandıra bilərsiniz.

Telefon yandıqdan sonra onun bütün funksiyalarının işlək olduğundan əmin olmaq üçün bir zəng edin, telefonda musiqiyə qulaq asın, şəkil çəkin və s.

Telefonun xarici görünüşü (ekran, kamera, düymə və s.) zədə görübsə, telefonu əlbəttə ki, ustaya göstərməyiniz daha məqsədəuyğun olar.

İstifadə etdiyiniz düyünü isə atmağa tələsməyin. O, sizə növbəti dəfə aş süzəndə gərək ola bilər.

telefon-su

Eyni üsulu klaviaturası islanmış notbuku xilas etmək üçün də istifadə edə bilərsiniz.

Notbuku dərhal elektrik şəbəkəsindən ayırın.

Notbuku düymələrinə toxunmadan menyudan söndürün.

Batareyasını notbukdan ayırın.

Quru bir bezlə klaviaturanı ehmalca qurulayın.

Klaviaturanın arasında suyun qalmamağı üçün notbuku başı aşağı çevirərək, silkələyin.

Notbukun səthində və detallarında su qalmamasından əmin olduqdan sonra klaviaturanın üzərinə düyü səpin. Düyü, üzərinə su tökülmüş bütün düymələri tam və sıx şəkildə örtməlidir.

Notbuk minimum 48 saat bu şəkildə saxlanmalıdır.

2 gündən sonra klaviaturanın üzərindəki düyünü təmizləyin, batareyanı yerinə taxın və notbuku yandırın.

Klaviaturanın bütün düymələrinin işlədiyindən əmin olmaq üçün "Qeyd"lər əlavəsini açaraq hər düyməni tək-tək sıxa bilərsiniz.

Qeyd ədək ki, su ilə təmas nəticəsində sıradan çıxan telefonunuzun sığortası (sığorta müddəti bitməmiş olsa da) etibarsızdır. Bu vəziyyətdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti sizin tərəfinizdə deyil və telefonunuzun təmir xərcini özünüz qarşılamalısınız.

Dost və yaxınlarınızın da başına belə işin gəlmə ehtimalı olduğundan məqaləni paylaşmağı unutmayın.

Arzu edirik ki, əvəzolunmaz telefon və notbukunuz məsləhətimizdən istifadəyə ehtiyac duymasın.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh