Taksi sürücüləri müştəri götürən zaman diqqətli olsunlar - CƏRİMƏLƏNƏ BİLƏRLƏR

Paytaxtda tıxac, qəzalar və bəzən də piyadavurmala səbəb taksi sürücülərinin qaydaları pozması səbəbindən baş verir. Belə ki, harda gəldi sifariş qəbul etmək, müştəri mindirib və düşürmək adət halı alıb. Bu barədə Avtosfer.az-a çoxsaylı müraciətlər də daxil olur. Bəs görəsən taksi sürücüləri harda gəldi sifariş qəbul edə bilərmi?
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 322.0.8-ci maddəsinə görə, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durmasına görə qırx manatdan əlli manatadək məbləğdə cərimə nəzərdə tutulub. “Bu problem Bakı şəhəri üçün artıq xarakterik hal alıb. Təsəvvür edin ki, dar yolda taksi sürücüsü qəfil dayanır və müştəri düşürür. Bu zaman hətta 1 dəqiqə belə olsa dayanmaq 1 kilometdən çox tıxacın yaramasına səbəb olur. Nəticədə həmin tıxacın aradan qalxması üçün azı 10-15 dəqiqə lazım gəlir. Baxın 1 dəqiqə hansı fəsada gətirib çıxara bilər. Həmçinin qanunda bu maddə olsa da praktiki olaraq bunu tətbiq eləmək mükün deyil. Çünki hazırda taksilər daha çox online olaraq sifariş qəbul edirlər.”
Elməddin Muradlı onu da əlavə edib ki, bəzi hallarda taksi sürücüləri qəfil manevr qaydalarını pozaraq yol kənarında dayanır. “Bir də görürsən ki, 3-cü zolaqdan birbaşa sağa manevr edib dayanırlar. Bu zaman qəza şəraiti yaranır və bir çox hallarda öz zolağı ilə hərəkət edən sürücü taksini vurur. Nəticədə yenə qəza, stress və tıxac yaranır.”
Ekspert hesab edir ki, qanunvericikdə nəzərdə tutulmuş cəza tədbirləri tətbiq olunsa bu hadisələrin sayında azalmaya gətirib çıxara bilər.
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO












