Telefonunuza parklanma ilə bağlı gələn cəriməni hansı qurum göndərir? - VİDEO

Bir çox sürücülər avtomobillərini səhv park etdikləri zaman cərimə olunurlar. Lakin bu hallarda telefon nömrələrinə gələn cərimə protokolları ilə bağlı sürücülərə aydın olmayan məsələlər ortaya çıxır.
Avtosfer.az xəbər verir ki, “AzParking” MMC məsələ ilə bağlı sürücülərin məlumatlandırılması üçün video yayıb.
Videoda qeyd olunur ki, bəzi küçə və prospektlərdə qadağan olunan yerdə avtomobil park edərək “AzParking”dən istifadə sürücünü cərimədən xilas etmir:
“Cərimə barədə məlumat gəldiyi zaman əvvəlcə onun hansı qurum tərəfindən yazıldığına baxmaq lazımdır. Bunun üçün qərar nömrəsində rəqəmlərdən öncə rəqəmlərdən əvvəl qeyd olunan hərflərə nəzər yetirmək mütləqdir. Belə ki, bu rəqəmlərdən əvvəl ya “EQ”, yəni “electron qərar”, ya da “AYN”, yəni “Azərbaycan Yerüstü Nəqliyyat” seriyalarını görəcəksiniz. “EQ” ilə başlayan qərarlar Dövlət Yol Polisi (DYP) tərəfindən, “AYN” ilə başlayanlar isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilir. Dayanma və durmanın qadağan olunduğu yerlərdə, ümumiyyətlə park etmək qadağandır. Bu qaydanın pozulması İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsilə məsuliyyət yaradır. Buna görə cərimə DYP tərəfindən yazılır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə parklanma yerlərindən düzgün istifadə edilmədiyi müəyyən hallara görə İnziibati Xətalar Məcəlləsinin 346-1-ci maddəsi ilə cərimə tətbiq edir. Cərimə bildirişləri ilə diqqətlə tanış olmaq gələcəkdə bu qayda pozuntularını törətməmək üçün ciddi vərdişdir”.
Səfər
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












