Uşaqlar yol-hərəkəti qaydalarını həvəslə öyrənir – Tədbirlər davam edir - FOTO-VİDEO

Respublika ərazisində 2022-ci il sentyabr ayının 15-dən oktyabr ayının 15-dək “Diqqət uşaqlar!” adı altında keçirilən hərəkətin təhlükəsizliyi aylığında nəzərdə tutulmuş tədbirlər davam edir. Avtosfer.az xəbər verir ki, oktyabrın 11-də 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Yol hərəkəti qaydaları dərnəyi üzvlərinin DYP Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev ilə “Hər zaman qaydalara əməl edək!” mövzusunda görüş keçirilib. Görüşdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva və “Yol hərəkəti qaydaları” dərnəyinin üzvləri, valideynlər iştirak ediblər. M. Ağayev uşaqlarla proflaktiki söhbətlər aparıb, onlara yolu keçərkən telefon və qulaqlıqlardan istifadə olunmaması kimi önəmli məqamlar başa salınıb. Valideyn nəzarətsizliyi üzündən sürücülük hüquqi olmayan halda uşaqların törətdiyi faciələrdən danışıb.
Məqsəd kiüçə və yollarda uşaqların təhlükəsizliyinin təmin edilməsi, onlara yol hərəkəti qaydalarının öyrədilməsidir.
Tədbirdə uşaqlar yolu keçmək qaydaları haqqında səhnəciklər göstərib, svetafor və yol nişanları haqqında şeirlər, mahnılar səsləndiriblər, yol hərəkəti qaydalarına aid sualları cavablandırıblar. ARB-24 Az. canlı izlə televiziya kanalı ilə avtoşəhərciyin ərazisindəki yol nişanları və qurğular barədə uşaqlar biliklərini nümayiş etdiriblər.
Çəkilişlərdə 5, 45, 54, 211, 244, 261, 266 nömrəli orta məktəblərdə fəaliyyət göstərən "Yol hərəkəti qaydaları" dərnəyinin üzvləri iştirak ediblər. Onlar kiçik yaşlardan yol hərəkəti qaydalarının öyrənilməsinin vacibliyini diqqətə çatdırıblar.
Emin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT































