Xanım sürücülərin sayı niyə artıb? - Ekspert səbəbləri AÇIQLADI

Pandemiya dövründə, yəni 2021-ci ildə sürücülük vəsiqəsi alan qadınların sayı 2 dəfə, kişilərin sayı isə 40% artıb. Xanımlar avtomobil sürməyə daha çox maraq göstərir. Bəs bunun səbəbi nədir və bu ölkəmizdə nəqliyyat sisteminə necə təsir göstərir?
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sürücülük vəsiqəsi alan və avtomobil idarə edən xanımların sayında artım kifayət qədər nəzərə çarpır. "Amma bu o demək deyil ki, sürücülük vəsiqəsi alan xanımların hamısı avtomobil idarə edir. Bu gün ölkəmizdə təxminən 60 mindən çox xanım sürücü var. Lakin təhlillər göstərir ki, yollarda bu qədər xanım sürücü yoxdur."
Ekspert bildirib ki, ictimai nəqliyyatın bərbad vəziyyətdə olması insanları avtomobil almağa sövq edir. "Xüsusilə xanımlar bu məsələdə daha maraqlı olurlar. İşə gecikməmək, övladlarını məktəbə aparıb- gətirmək və digər işlər üçün ailələr ikinci avtomobili alır. Səbəbi də ictimai nəqliyyatın bərbad vəziyyətdə olmasıdır. Əgər bu normal olsaydı ailələr də əlavə avtomobilə ehtiyac duymazdı. Çünki maddi durumu qismən yaxşı olan adamlar heç də övladının, həyat yoldaşının saatlarla avtobus gözləməsini, basabasda getməsini istəmir."
Leyla
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO












