Yağış suyuna düşən maşınlarda hansı problemlər yaranır? – USTA AÇIQLADI - FOTO

Ötən gündən Bakıda müşahidə olunan yağıntılı hava şəraiti sürücülər üçün bir sıra problemlər yaradıb. Güclü yağış nəticəsində bəzi küçə və prospektlərdə yolları su basıb, bu da nəqliyyatın hərəkətində çətinliklərə, hətta bəzi avtomobillərin sıradan çıxmasına səbəb olub. Xüsusilə tunellər və çökəklik olan ərazilərdə avtomobillərin suda qalması, mühərrik hissələrinə və digər texniki elementlərinə ciddi zərər vurur.
Belə hallarda avtomobil sahiblərinin məsuliyyətli davranması və müəyyən tədbirlər görməsi vacibdir. Mütəxəssislər bildirirlər ki, bu cür hava şəraitindən sonra avtomobillər mütləq texniki baxışdan keçirilməlidir. Çünki su ilə təmasda olan alt hissələr, sükan sistemləri, əyləc xətləri və mühərrik kimi əsas komponentlər zədələnə bilər. Bu tip nasazlıqlar vaxtında aradan qaldırılmasa, nəticədə, daha baha başa gələn təmir xərcləri ilə qarşılaşmaq mümkündür.
Bəs yağışlı və sel riski olan havalarda avtomobilinizi necə qorumalısınız və hansı hallarda mütləq usta müdaxiləsi vacib olur?
Mövzu ilə bağlı avtomobil ustası Dəniz Ağabəyli Avtosfer.az-a açıqlamasında bildirib ki, yağışlı havalarda avtomobillərə dəyən zərərlər az olmur və növbəti günlərdə avtomobil sahiblərinin bu baxımdan diqqətli olmaları tövsiyə edirəm:

“Xüsusilə güclü yağış və su basqınlarından sonra avtomobillər müəyyən texniki baxımdan keçməlidirlər.
Su ilə dolu ərazilərdən keçmiş və ya uzun müddət suda qalmış avtomobillərin alt hissələri, inteqral hissələr, şassi elementləri, əyləc sistemləri, sükan sistemləri və asqı detalları ciddi şəkildə zərər görə bilər. Bu səbəbdən, avtomobil sahiblərinə həmin hissələri usta nəzarətindən keçirmələri tövsiyə olunur. Hər bir detal üçün təmir və ya dəyişmə xərcləri fərqli olduğuna görə, problemin vaxtında aşkarlanması daha böyük xərclərin qarşısını alır.

Xüsusilə tunel və dərin su toplanacaq digər ərazilərdən keçmək olduqca təhlükəlidir. Əgər avtomobil bu cür suya daxil olub və mühərrik sönübsə, bu artıq mühərrikə su dolması deməkdir. Bu hal isə mühərrik və sürət qutusunun ciddi zədələnməsi ilə nəticələnə bilər. Belə vəziyyətlərdə təmir xərcləri 1000 manatdan başlayaraq 10-15 min manata qədər arta bilər. Mühərrikin başlığı, porşenlər, klapanlar və valların sıradan çıxması tez-tez rast gəlinən problemlərdəndir.
Belə halların qarşısını almaq üçün mümkün qədər dərin su olan ərazilərdən keçməməyi tövsiyə edirlər. Əgər keçmək məcburiyyəti yaranarsa, suyun hündürlüyü avtomobilin nömrəsinin üzərini keçirsə, həmin yoldan istifadə etmək tövsiyə olunmur. Çünki bu, avtomobilə ciddi ziyan vura bilər”.
Eltac Zülfüqaroğlu
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...












