Yanacaq çəninin qapağı niyə hər maşında fərqli tərəfdə olur? – SƏBƏBLƏR - FOTO

Səyahət zamanı yanacaqdoldurma məntəqəsinə daxil olduğunuz an avtomatik olaraq baxdığınız ilk şeylərdən biri avtomobilinizin yanacaq qapağının hansı tərəfdə olduğudur. Xüsusilə də icarəyə götürülmüş avtomobildə və ya sizə məxsus olmayan bir nəqliyyat vasitəsində bu məqam çaşqınlıq yarada bilər.
Bəs heç düşündünüzmü, avtomobilin yanacaq qapağı niyə sol və ya sağ tərəfdə olur? Axı bütün avtomobillərdə eyni tərəfdə yerləşsə, daha rahat olmazmı?
Avtosfer.az xəbər verir ki, mütəxəssislərin fikrincə, ilk baxışda bu fikir məntiqli görünsə də praktikada bunun əksinə qərar verilib və səbəblər düşündüyünüzdən daha məntiqlidir.

Niyə eyni yerdə deyil? Əgər bütün avtomobillərdə yanacaq qapağı eyni tərəfdə yerləşsəydi, bu zaman yanacaqdoldurma məntəqələrində ciddi sıxlıq və çaşqınlıq yaranardı. Sürücülər məcburən məntəqənin yalnız bir hissəsinə yönələr, nəticədə digər nasoslar istifadəsiz qalardı. İqtisadi tarazlıq baxımından bu, həm yanacaqdoldurma məntəqələrinin səmərəliliyinə zərbə vurar, həm də avtomobil axınını tənzimləməkdə çətinlik yaradar.
Məhz bu səbəbdən avtomobil istehsalçıları yanacaq qapağının yerini müxtəlif modellərdə fərqli şəkildə təyin edirlər. Bu isə bir növ “trafik idarəetməsi” funksiyası daşıyır və məntəqədə avtomobil axınının bərabər paylaşmasını təmin edir.

Köhnə avtomobillərdə isə fərqli idi. Əvvəllər bir çox avtomobil modelində yanacaq qapağı arxa hissədə – nömrə nişanının arxasında yerləşirdi. Bu dizayn yanacaq doldurarkən hər iki tərəfdən avtomobilə yaxınlaşmağı mümkün edirdi. Lakin bu quruluş təhlükəsizlik baxımından ciddi risk daşıyırdı – arxadan toqquşma zamanı yanacaq sisteminin zədələnmə ehtimalı daha yüksək idi. Bu səbəbdən həmin dizayn tədricən ləğv olundu.
Hazırda avtomobilin yanacaq qapağı ya sol, ya da sağ tərəfdə yerləşir. Maraqlıdır ki, bu barədə hər hansı beynəlxalq və ya istehsal məcburiyyəti yoxdur. Lakin müəyyən texniki şərtlər mövcuddur: qapaq avtomobilin ən geniş hissəsində yerləşdirilməlidir, egzoz sistemindən və zərbə zonalarından uzaq olmalıdır.

Qapağın yerini necə bilmək olar? Əgər avtomobilinizdə yanacaq qapağının hansı tərəfdə olduğunu unutmusuzsa və ya bilmirsinizsə, narahat olmağa dəyməz. Avtomobilin göstərici panelində yanacaq səviyyəsini göstərən ölçənin yanında kiçik bir ox işarəsi yerləşdirilib. Bu ox qapağın hansı tərəfdə olduğunu göstərir.
Eltac Zülfüqaroğlu
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...












