Yango Azerbaijan: Bakıda sürücülər ən çox yollarda bir-birilərinə qarşı nəzakətli olmağı və hörmət etməyi qiymətləndirirlər

“Yango Azerbaijan” və Azərbaycan Cüdo Federasiyası Bakıda 1500-dən çox tərəfdaş sürücü* arasında sorğu keçirərək onların peşəkar idmanı nə qədər tez-tez izlədiyini, həmçinin yollarda cüdoçuların hansı keyfiyyətlərini ən vacib hesab etdiklərini öyrənib. Sürücülər üçün əsas prinsiplər nəzakət, emosiyalara nəzarət, səmimilik və ləyaqət, həmçinin mehribanlıq və açıqlıq olub.
Qlobal texnologiya şirkəti Yango Group-a daxil olan “Yango Azerbaijan” Azərbaycan Cüdo Federasiyası ilə birlikdə xidmətin tərəfdaş-sürücüləri arasında araşdırma apararaq peşəkar idmanın onların gündəlik həyatında oynadığı rolu öyrənib. Araşdırmanın nəticələrinə görə, Bakıda sürücülərin böyük əksəriyyəti - 80%-dən çoxu müntəzəm olaraq peşəkar idman yarışlarını izləyir. Ən populyar idman növləri isə futbol (45%), cüdo (35%) və ağır atletika (11%) olub. Respondentlərin 72%-dən çoxu Azərbaycan cüdoçularının milli uğurları və nailiyyətləri ilə maraqlandıqlarını qeyd ediblər.
Peşəkar cüdoçular təkcə fiziki hazırlıqlarını inkişaf etdirmirlər, həm də tatamidən kənar həyat fəlsəfəsinə böyük diqqət yetirirlər. Bu prinsiplərə nəzakət, cəsarət və həqiqətə sadiqlik, səmimiyyət və ləyaqət, təvazökarlıq, başqalarına hörmət, emosiyalara nəzarət, dostluq və açıqlıq daxildir.
“Yango Azerbaijan” sürücülərdən Bakıda yollarda tətbiq etdikləri cüdo fəlsəfəsinin əsas prinsiplərini sadalamağı xahiş edib. Respondentlərin yarıdan çoxu nəzakəti və başqalarına hörməti sürücülər üçün əsas keyfiyyətlər hesab edir - bu variantı respondentlərin müvafiq olaraq 57% və 43%-i seçib. Onların ardınca emosiyaları idarə etmək bacarığı gəlir ki, bunu sürücülərin üçdə birindən çoxu (35%) qeyd edib. Sürücülük üçün ən yüksək keyfiyyətlərin sırasına səmimilik və ləyaqət (34%), dostluq və açıqlıq (33%) daxil olub. Sorğuda iştirak edən hər dördüncü sürücü yolda müxtəlif vəziyyətlərdə cəsarət və həqiqətə sadiqlik göstərməyin vacibliyini vurğulayıb - 26%. Təvazökarlığı respondentlərin 11%-i əhəmiyyətli keyfiyyət adlandırıb.
Bundan əvvəl “Yango Azerbaijan” və Azərbaycan Cüdo Federasiyası arasında tərəfdaşlıq müqaviləsinin bağlandığı elan edilib. Əməkdaşlıq çərçivəsində təşkilatlar ölkədə peşəkar idmana marağı inkişaf etdirməklə yanaşı, həm də şəhər mühitinin hərəkətliliyinin və rahatlığının yaxşılaşdırılmasına töhfə verməyi planlaşdırır.
Sorğuda Bakıda fəaliyyət göstərən 1512 Yango Ride tərəfdaş-sürücü iştirak edib. Sorğu Yango Pro sürücü tətbiqi əsasında onlayn platformadan istifadə etməklə aparılıb.

“Yango Azerbaijan” haqqında
Ride and Delivery kimi taksi sifarişi və çatdırılma xidmətləri göstərən “Yango Azerbaijan” 2022-ci ildən bazarda fəaliyyət göstərir. 2024-cü ildə ölkədə ictimai nəqliyyatda səfər planlaşdırma, Market - ərzaq çatdırılması və Yemək - restoranlardan yeməklərin çatdırılması xidmətləri istifadəyə verilib.
Əlavə məlumat üçün aşağıdakı kontakt vasitəsilə əlaqə saxlayın:
Maşından asılan bu aksesuara diqqət edin; əlavə xərc yarada bilər - TÖVSİYƏ
Piyadaların təhlükəsiz hərəkəti üçün ideal səki necə olmalıdır? - FOTO
Təhlükəsiz şəhər konsepti necə təşkil edilməlidir? – Ekspert AÇIQLADI - FOTO
Aeroport yolunda kim hansı zolaqla hərəkət etməlidir? – Mütəxəssis AÇIQLADI - VİDEO
Avtomobil idarə edən sürücünün diqqəti hansı səbəblərdən pozulur? – MÜTƏXƏSSİS AÇIQLADI - VİDEO
Sürücüləri cərimələtdirən piyadalarla necə mübarizə aparılmalıdır? – Ekspert İZAH ETDİ - VİDEO
Sürücülərin əhvalı onların avtomobil idarə etməsinə təsir edir? – Mütəxəssis RƏYİ - VİDEO
Elektromobillərin salonuna su sızsa, bunu mütləq etməlisiniz – MÜTƏXƏSSİS - VİDEO
Yol xəritələrindəki uyğunsuzluqlar vətəndaşları çaşdırır - EKSPERT
Yazda ağaclardakı bu yapışaqn maddə maşınınıza ziyan vura bilər – TÖVSİYƏ - FOTO
Qızdırılan oturacaq sistemləri kişilərdə cinsi zəifliyə səbəb olur? – ARAŞDIRMA











