Yaşayış binalarının qaraj yerlərinin satılması və kirayə verilməsi qanunidirmi? - VİDEO

Bir sıra çoxmənzilli binalarda zirzəmidə yerləşən sahənin qaraj kimi bina sakinlərinə satılması praktikası geniş yayılıb. Həmçinin bu sahələr həmin şəxslərə kirayə də verilə bilir.
Maraqlıdır ki, Mənzil Məcəlləsinin 35-ci maddəsində “yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərin (o cümlədən, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi)) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur” – deyə qeyd olunub.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2022-ci il kiçik qrant müsabiqəsi”ndə qalib olmuş Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin icra etdiyi “Yol hərəkəti təhlükəsizliyi: hüquqi yardım və maaifləndirmə” layihəsi çərçivəsində sürücü və piyadalara yol hərəkəti təhlükəsizliyinə dair peşəkar hüquqşünasın dəstəyi ilə pulsuz hüquqi yardımın göstərilməsi məqsədilə keçirilən tədbirdə iştirak edən Rəmzi Xasməmmədov bu mövzuya toxunub.
Hüquqşünaş Ərşad Hüseynov isə bu suala ətrafflı cavab verib.
O, bildirib ki, bu texniki mərtəbə bütün binaların altında layihələndirmə zamanı nəzərdə tutulur: “Layihələndirmə zamanı qaraj yerinin olması nəzərdə tutulur. Bu yerlər satıla və ya kirayə verilə bilməz. Vətəndaşların qanunvericiliyin tələblərinə uyğun şəkildə 50+1 həddini nəzərə alaraq ümumi yığıncağı zamanı həmin ərazinin idarəedilməsinə sərf olunan xərclər müəyyən olunmalı və sakinlər arasında bölünməlidir.”
Orxan Əli
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












