Yeni avtomobillərdə təhlükəsizlik sistemi – BU FUNKSİYALAR HƏYATINIZI XİLAS EDƏ BİLƏR

Müasir dövrün avtomobilləri artıq sadəcə nəqliyyat vasitəsi deyil, eyni zamanda sizi və sevdiklərinizi qoruyan “ağıllı texnologiyalar”la təchiz olunmuş təhlükəsizlik qalxanıdır.
Avtosfer.az xəbər verir ki, xüsusilə də orta və yuxarı seqmentdəki modellər bir-birindən faydalı funksiyalarla gəlir. Bəziləri bu sistemləri “lazımsız əlavə” kimi görsə də, əslində, onların hər biri real həyatda həyat qurtaracaq qədər əhəmiyyətlidir.
Bəs bu təhlükəsizlik funksiyaları hansılardır? Gəlin, avtomobildə həyatınızı xilas edə biləcək ən vacib 6 sistemi birlikdə nəzərdən keçirək:
1. Təhlükəsizlik kəməri: Bu barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Təhlükəsizlik kəməri avtomobil tarixinin ən böyük ixtiralarından biridir. Hər avtomobildə standart olaraq yer alan bu sistem qəza anında sizi yerinizdə sabit saxlayaraq ölüm və ağır xəsarət riskini ciddi şəkildə azaldır. Sadəcə istifadə edin və ətrafınızdakıların da istifadə etdiyinə əmin olun.

2. Hava yastıqları (airbag): Hər kəsin tanıdığı və vacibliyini bildiyi bu sistem çarpışma anında saniyələr içində açılaraq sürücü və sərnişinləri qoruyur. Müasir avtomobillərdə ön, yan və hətta diz hava yastıqları da mövcuddur.
3. ABS – təkərlərin kilidlənməsinin qarşısını alan sistem; ABS (Anti-lock Braking System) qəfil və güclü əyləcləmə zamanı təkərlərin kilidlənməsinin qarşısını alır. Bu isə sürücüyə nəqliyyat vasitəsini idarəetmədən çıxarmadan, daha təhlükəsiz şəkildə dayandırmaq imkanı verir.
4. ESP – Elektron Sabitlik Proqramı: ESP sürücü idarəetməni itirdiyi anda avtomatik müdaxilə edərək, təkərlərə fərdi şəkildə əyləc tətbiq edir. Bu da nəqliyyat vasitəsinin sürüşməsinin və qəza riskinin qarşısını alır. Xüsusilə yağışlı və buzlu havalarda həyati önəm daşıyır.
5. Toqquşmanın qarşısını alan sistem (Çarpışma xəbərdarlığı): Yeni nəsil avtomobillərin əksəriyyətində olan bu sistem qarşıda hərəkətsiz və ya qəfil dayanan nəqliyyat vasitəsini və ya maneəni aşkar edərək avtomobili avtomatik şəkildə yavaşladır və ya dayandırır. Bu, arxa-arxaya toqquşmaların qarşısını almaqda mühüm rol oynayır.

6. SOS düyməsi – Həyat xilas edən texnologiya: Bu düymə qəza anında sürücüyə və sərnişinlərə fövqəladə yardım çağırmaq imkanı verir. SOS düyməsinə basdığınızda yerinizi müəyyən edərək müvafiq orqanlara məlumat ötürülür və kömək tez bir zamanda gəlir. Bu funksiya xüsusilə tək səfərlərdə və təcili yardımın vacib olduğu hallarda olduqca dəyərlidir.
Eltac Zülfüqaroğlu
Məktəb həyəcanı başlayır: Bu şəxslər cərimələnə bilər - DETALLAR
Sürücülərin qəza riskini artıran düşüncə tərzi budur – XƏBƏRDARLIQ - VİDEO
Maşının qapısının açılmasına görə baş verən qəzalarda kim məsuliyyət daşıyır? – AÇIQLAMA
Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO
İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ
Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO
Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Bu nişanı səhv başa düşən sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Sarı torun üzərində dayanmaq olarmı? – AÇIQLAMA – VİDEO










