Yeni tikili binaların altındakı qarajları pulla təklif edilməsi qanunidirmi?

Bakıda parklanma ilə bağlı ən böyük problemlərdən biri də yeni tikili binaların altında avtomobillərin parklanma yerlərinin az olmasıdır.
Bu barədə “Report”a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev deyib.
O, ümumiyyətlə, bəzi binalarda parklanma yerlərinin olmadığını vurğulayıb:
“Xüsusən mərkəzdə hündür mərtəbəli binaların sıx şəkildə tikilməsi və onların parklanma yerlərinin olmaması mühüm problemdir. Park yeri olan binaları tikən şirkətlər bu yerləri vətəndaşlara satır və ya icarəyə verir. Onların qiymətləri isə çox baha olur. Binaların altındakı parklanma yerləri təqribən 50-100 manat arası qiymətlərlə sakinlərə kirayəyə verilir. Onların satış qiymətləri isə 10 min manatdan başlayır, 50-60 min manata qədər dəyişir. Binalarda parklanma yerlərinin olmaması və ya baha qiymətə təklif edilməsi səbəbindən sakinlər avtomobillərini yol kənarlarında saxlamağa məcbur olur ki, bu da şəhərdə tıxacları artırır".

Ekspert bildirib ki, tikinti şirkətlərinin binaların altındakı parklanma yerlərini satması və ya icarəyə verməsi qanunla qadağan edilmir:
“Binanı tikən şirkət həmin parklanma yerlərini satmaq və ya icarəyə vermək hüququna malikdir. Qanunla şirkət binanı özü üçün tikir, sonra isə fərdi şəkildə satır. Binalarda qanunla ümumi istifadəyə aid olan sahələr var. Binanın həyətyanı sahəsi, binanın zirzəmisində kommunikasiya xətlərinin keçdiyi ərazilər ümumi istifadədə olan sahələrdir və şirkət bu yerləri sata bilməz. Bina tikintisi ilə bağlı qanunvericilikdə çox qarışıq məsələlər var. Qanuna görə, ümumiyyətlə binanın zirzəmisi texniki mərtəbə hesab edilir və kommunikasya xətlərinin keçməsi üçün nəzərdə tutulur. Amma MTK həmin ərazini qaraj edir və kommunikasiya xətləri o qarajın içindən keçir. Şirkətlər həmin yer üçün çıxarış da alırlar”.
E. Fərzəliyevin fikrincə, vaxtında tikinti şirkətlərinin qarşısına şərt qoyulmalı idi ki, hər binanın altında 2-3 mərtəbli qaraj olsun: "Bunu tətbiq etmək indi də gec deyil. Qarajların qiymətləri də elə tənzimlənməlidir ki, vətəndaş avtomobilini başqa yerdə saxlamağa məcbur olmasın”.
Məktəb həyəcanı başlayır: Bu şəxslər cərimələnə bilər - DETALLAR
Sürücülərin qəza riskini artıran düşüncə tərzi budur – XƏBƏRDARLIQ - VİDEO
Maşının qapısının açılmasına görə baş verən qəzalarda kim məsuliyyət daşıyır? – AÇIQLAMA
Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO
İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ
Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO
Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Bu nişanı səhv başa düşən sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO
Sarı torun üzərində dayanmaq olarmı? – AÇIQLAMA – VİDEO










