“Yol hərəkət qaydalarını bilirik” - DYP məktəbdə tədbir keçirdi - FOTO

Mayın 14-də Xətai rayon Humanitar fənlər təmayüllü məktəb-liseydə ibtidai sinif şagirdləri ilə “Yol hərəkət qaydalarını bilirik” adlı maarifləndirici tədbir keçirilib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamından irəli gələrək keçirilən tədbirdə yol qəzalarının sayının azalması üçün görülən işlərin böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub, sürücü və piyadaların məsuliyyəti barədə məlumat verilib. Avtosfer.az xəbər verir ki, uşaqlara yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması, yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində biliklərin vacibliyi diqqətə çatdırılıb, nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üzrə təbliğat və maarifləndirici söhbətlər aparılıb.
Tədbirdə Xətai RPİ-nin baş inspektoru, polis mayoru Ülvi Məmmədov, 34-cü PŞ-nin inspektoru, polis baş leytenantı Leyla Cəfərzadə, “Polis” qəzetinin əməkdaşı, polis serjantı Rəşad Mehtiyev və 1 saylı Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin, rayon icra hakimiyyətinin, Milli Olimpiya Komitəsinin nümayəndələri və valideynlər iştirak ediblər.
Məktəb-liseyin direktoru Nəzakət Əsgərova və digər çıxışçılar uşaqların yol nəqliyyat hadisələrində zərər çəkməməsi üçün aparılan işləri müsbət qiymətləndiriblər, bütün hərəkət iştirakçılarını yollarda məsuliyyətli olmağa səsləyiblər.
Daha sonra məktəb-liseyin II sinif şagirdləri stendlər, plakatlar və yol nişanları ilə bəzədilmiş səhnədə yol hərəkət qaydaları ilə bağlı səhnəciklər nümayiş etdirib, mahnı və şeirlər ifa ediblər.
Tədbirin sonunda bədii kompozisiya ilə çıxış edən şagirdlərin sinif rəhbərlərinə və məktəblilərə müxtəlif hədiyyələr, yol hərəkət qaydalarını izah edən kitabçalar təqdim olunub.
Emin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT


















