«Yol hərəkəti qaydaları və mən» - FOTOLAR

Bakıdakı 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi tərəfindən 164 nömrəli məktəbdə «Yol hərəkəti qaydaları və mən» devizi altında tədbir keçirilib. Tədbirdə uşaqların mövzuya uyğun çəkdikləri rəsmlər, divar qəzetləri, əl işləri sərgilənib. Daha yaxşı işlər polis əməkdaşları və müəllimlər tərəfindən seçilərək qiymətləndirilib. II, III, IV siniflərdə “Qəzalardan qorunmaq üçün nə etməliyik?”, “Yol hərəkət qaydaları”, “Yol nişanları” mövzusunda açıq dərslər keçirildi. Yuxarı sinif şagirdləri üçün Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polos polkovniki Vaqif Əsədov təbliğat xarakterli söhbət aparıb, diskusiya keçirib.
Tədbirdə DİN Baş DYP İdarəsinin əməkdaşı, polis mayoru İsa Deystani, Bakı şəhər DYP İdarəsinin polis mayoru Fazil Əfəndiyev, Nəsimi rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin inspektoru, baş leytenant Faiq Sayadlı da iştirak edib.
Emin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT































