“Yol hərəkətinə diqqət həyatımıza verdiyimiz dəyərdir!” - FOTO

Yanvarın 12-də “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və 261 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Yol hərəkətinə diqqət həyatımıza verdiyimiz dəyərdir!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Məqsəd uşaqlara yol hərəkəti qaydalarının kiçik yaşlardan öyrədilməsinin təbliği və onların yeni biliklər öyrənməsinin təmini olub.
Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Muradova, 261 nömrəli tam orta məktəbin direktoru Könül Məmmədli, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova, metodist Sevda Əsgərova, müəllimlər, valideynlər və 250-dən çox şagird iştirak edib.
Tədbir uşaqların çıxışları ilə başlayıb. Onlar yol qaydalarına aid şeir, mahnı, rəqs və səhnəciklərdən ibarət kompozisiya təqdim ediblər, yol hərəkəti qaydaları ilə bağlı biliklərini nümayiş etdirib, küçə və yollarda qaydalara düzgün əməl etməyin vacib olduğunu bildiriblər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Muradova yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici söhbətlər aparıb, mövzu ilə bağlı sorğu keçirilib, uşaqlara yol hərəkəti qaydalarını öyrənmək və ona əməl etmək tövsiyə edilib.
Məktəbin direktoru Könül Məmmədli, polis baş leytenantı Pərvanə Muradova və Fəridə Süleymanova uşaqların çıxışlarına münasibət bildirdilər. Sonda uşaqları təşəkkürnamələrlə təltif ediblər.
“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələri yerinə yetirdiyinə və yol hərəkəti qaydalarının öyrədilməsi məqsədilə uşaqlarla aparılan müntəzəm təbliğat işinə görə məktəbin direktoru Könül Məmmədliyə, tədbirin təşkilarçıları ibtidai sinif müəllimi Qənirə Şahbazovaya və dərnək rəhbəri Elnarə İsmayılovaya “Təşəkkürnamə” təqdim olunub.
İnkişaf etmiş ölkələrdə ictimai nəqliyyat şirkətləri gəlirlərini necə təmin edir? - ARAŞDIRMA
Bəziləri düşünür ki, qaydalara uyğun sürürsə, qəzada başqası günahkardır – MÜTƏXƏSSİS - VİDEO
Küçə və prospektləri düzgün planlaşdırılan şəhər təhlükəsizliyin təminatıdır - EKSPERT
Səkilərin olmaması şəhər həyatında hansı fəsadlara səbəb olur? – ARAŞDIRMA - FOTO
Avtomobil park etmək üçün bu 4 qaydaya əməl edilməlidir - MÜTƏXƏSSİS - VİDEO
Maşındakı bu konstruksiyalar yanacaq sərfiyyatını artırır – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ
Bakıda fəaliyyət göstərən avtobusların sayı 2350-yə çatıb - EKSPERT
Maşında bu düymənin nə işə yaradığını bilirdiniz? - TÖVSİYƏ - FOTO
Maşından asılan bu aksesuara diqqət edin; əlavə xərc yarada bilər - TÖVSİYƏ
Piyadaların təhlükəsiz hərəkəti üçün ideal səki necə olmalıdır? - FOTO
Təhlükəsiz şəhər konsepti necə təşkil edilməlidir? – Ekspert AÇIQLADI - FOTO














